AMEA-nın Radiasiya problemləri İnstitutu ilə Fizika fakültəsinin əməkdaşlığı atom və nüvə fizikası sahəsində, radiasiya materialşünaslığı, bərk cisim fizikası sahələrində elmi tədqiqatların aparılması, fakültədə həmin sahələr üzrə İnstitut üçün bakalavr, magistr təhsil pillələrində mütəxəssislərin hazırlanması, tələbələrin İnstitutda istehsalat təcrübələri keçməsi, dissertasiya şuralarının fəaliyyətində əməkdaşların qarşılıqlı iştirakı və s şəklində həyata keçirilir.
2022-ci ildə Fizika fakültəsi IV kurs tələbələrinin bir qrupu istehsalat təcrübəsini Radiasiya Problemləri İnstitutunda keçiblər. İnstitutda tələbələrin səmərəli təcrübə keçmələri üçün hərtərəfli şərait yaradılıb.