Tələbə Elmi Cəmiyyəti

BDU-nun Fizika fakültəsinin bakalavr təhsil pilləsində 1190, magistratura təhsil pilləsində 113, doktorantura təhsil pilləsində  24 nəfər təhsil alır. Fakültədə 9 kafedra və 26 tədris laboratoriyası fəaliyyət göstərir. Hazırda fakültədə təhsil alan tələbə və magistrantlarla 91 nəfər professor-müəllim heyəti çalışır. Onlardan  256-i elmlər doktoru, professordur.

Fakültədə tələbələrin elmi fəaliyyətini daha məqsədyönlü və təşkilatlanmış şəkildə qurmaq üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılıb.

Fizika fakültəsində TEC-in əsas fəaliyyət istiqamətləri bunlardır:

  • Tələbələr arasında fundamental və tətbiqi fizika sahələrinə marağın artırılması məqsədi ilə tədbirlərin keçirilməsi.
  • Fiziki biliklərə əsaslanan intelektual yarışların təşkili.
  • Yüksək nəticələr göstərən tələbələrin arzu etdikləri sahələr üzrə kafedralara yönləndirilməsi və onlara mentor dəstəyi verilməsi.
  • Elmi seminarlar, məruzələr və konfransların keçirilməsi; fəal tələbələrin bu tədbirlərdə iştirakına xüsusi diqqət ayrılması.

TEC-in fizika fakültəsindəki işi ildən-ilə gücləndirilir. Elmi axtarışlara maraqlı olan tələbələr seçdikləri sahələr üzrə kafedralarda elmi fəaliyyətə cəlb olunurlar. Fizika fakültəsi TEC-in “Fizika bu gün” adlı elmi seminarı fəaliyyət göstərir. Seminarın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir və burdad tələbələr müxtəlif mövzulara aid hazırladıqları materialları təqdim edirlər. Tələbələr mütəmadi olaraq fakültə daxilində və universitetlərarası konfranslarda çıxış edir, elmi məruzələr təqdim edirlər. Həmçinin, müxtəlif ali məktəblər arasında keçirilən fizika üzrə fənn olimpiadalarına hazırlıq üçün xüsusi məşğələlər təşkil olunur.

Hər il nəzəri və eksperimental fizika sahəsinə maraq göstərən savadlı tələbələr TEC-in tərkibinə qəbul olunurlar. Müxtəlif kurslarda təhsil alan tələbələr öz istəklərinə uyğun olaraq müasir tədqiqatlara cəlb edilir və laboratoriyalarda elmi işlər aparmaq üçün uyğun kafedralara istiqamətləndirilirlər. Hazırda cəmiyyətin 150-dən artıq üzvü var və onların bir hissəsi fizikanın müxtəlif sahələri üzrə elmi işlər aparır. Tələbələrin əksəriyyəti I-III kurslarda təhsil alan və gələcəkdə elmə töhfə vermək istəyən gənclərdir.

Fakültə Tələbə Elmi Cəmiyyətinin heyəti:

Sədr: Arzu Şıxverdiyeva

Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyəti:

  1. Əhmədova Könül
  2. Əhmədova Fatimə
  3. Gözəlov Pünhan
  4. Məmmədzadə Zeynəb
  5. Bədirova Məryəm

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət