Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014/2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə «Fizika» və «Fizika müəllimliyi» ixtisasları üzrə «Sabah qrupu» yaradılmışdır.
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı aparılır:
- 6005005 -«Fizika»,
- 6001005 -«Fizika müəllimliyi»
- 6006034 - «Mühəndislik fizikası»
"Fizika" ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr elmi tədqiqat institutlarında, sənaye parklarında işləyə bilər.
"Fizika müəllimliyi" ixtisasını bitirən tələbələr fizika müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta ümumtəhsil məktəblərində, liseylərində, kolleclərdə fizika müəllimi kimi fizika fənnini yüksək səviyyədə tədris edə bilərlər.