Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinin və Altıağac Tədris-təcrübə bazasının yerləşdiyi ərazilər öz füsunkar təbiətinə, təmiz havasına, iqliminə və suyunun kimyəvi tərkibinə görə nəinki Azərbaycanda, həmçinin bütün Qafqazda xüsusi yeri ilə seçilir. Quba Tədris-təcrübə və istirahət mərkəzinin həyətində 2 idman stadionu (futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. Tədris və istirahət korpusunda Universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılıb.