Bakı Dövlət Universitetinin bugünki inkişafında, onun çiçəklənməsində Həmkarlar İttifaqı Komitəsinin də böyük rolu olmuşdur. Bu inkişafda Fizika fakültəsi Həmkarlar təşkilatı da həmişə irəlidə olmuşdur. Bugün Fizika fakültəsi həmkarlar təşkilatının sıralarında 118 nəfər əməkdaş çalışır.
Həmkarlar İttifaqı Komitəsi əmək prosesində işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini qorumalı olan, öz üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi güdən ictimai təşkilatdır. Fakültə daxilində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı Komitəsi yarandığı gündən öz vəzifəsinə sadiq qalmış, Fakültə əməkdaşlarının əmək şəraitinin yaxşılaşdırılmasında, maddi və mədəni səviyyəsinin yüksəldilməsində önəmli rol oynamış, hər əməkdaşın əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər görmüşdür. Fakültə Həmkarlar təşkilatının ilk sədri Kərimov Osman Kərim oğlu olmuşdur. Sonralar (1958-1963) S.A.Hacıyev, (1963-1966) Q.İ.Əfəndiyev, (1966-1970) H.F.Mehdiyev, (1970-1974) R.X.Muradov, (1974-1978) Ə.Ş.Abdinov, (1978-1982) İ.Q.Əliyev, (1982-1984) E.R.Həsənov, (1984-1988) Q.A.Ağayev, (1988-2000) M.M.Pənahov, (2000-2004), 2004-dən hal-hazırki dövrə qədər Əlinağı Zəkəray oğlu Məhəmmədov.
Fizika fakültəsi Həmkarlar İttifaqı Komitəsinin idarə heyəti:
Sədr : Məhəmmədov Əlinağı Zəkəray o.
Üzvlər :
- İsmailova Radifa Nizamiyevna
- Ağayev Mustafa Nuhbala o.
- Həsənov Alim Əli o.
- Vəliyeva Lalə İslam q.
- Bədəlova Yaxşıxanım Ağazəki q.
- Məhərrəmova Səadət Fidayəddin q.
- Qocayev Məcid Şərafəddin o.
- Mahmudov Mehdi Müqabil o.