Fakültənin beynəlxalq əlaqələri

Fakültənin beynəlxalq əlaqələri

Fizika fakültəsinin beynəlxalq əlaqələrinin əsası hələ keçmiş SSRİ dövründə qoyulmuşdur. Fakültənin bir çox məzunları keçmiş SSRİ-nin aparıcı elm və təhsil mərkəzlərində mütəxəssis kimi formalaşıb qayıtdıqdan sonra BDU ilə həmin mərkəzlər arasında elmi əlaqələrin yaranmasında və inkişafında fəal rol oynamışlar. Eləcə də fakültənin bir çox alimləri müxtəlif xarici ölkələrdə birgə elmi-tədqiqatların aparılmasında iştirak etmiş, bir çox xarici ölkə universitetlərində pedaqoq kimi fəaliyyət göstərmişlər. Həmin əlaqələr Azərbaycan müstəqillik qazandıqdan sonra daha da inkişaf etdirilmişdir. Fizika fakültəsinin alimləri Avopa Birliyinin bir sıra layihələrində yaxından iştirak etmişlər.

Bakı Dövlət Universitetinin Fizika fakültəsi Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirib. Layihədə Fransanın Paris 13, Yunanıstanın  Patras Universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, AzEcolab monitoring mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edib. Layihənin əsas məqsədi "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik" ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutub. Bununla bərabər  fakültə əməkdaşları bir çox beynəlxalq layihlərin əsas iştirakçısı olublar.  Fizika fakültəsinin beynəlxalq əlaqələri fakültə alimlərinin müxtəlif elm mərkəzlərindən olan həmkarları ilə birgə elmi-tədqiqat işləri aparması, birgə layihələr üzərində çalışması və fakültənin gənc tədqiqatçılarının həmin mərkəzlərdə təcrübə keçmələri üçün münbit şərait yaratmışdır.

 Hazırda Fizika fakültəsi aşağıdakı elm və təhsil mərkəzləri ilə əməkdaşlıq edir:

  1. Rusiya Federasiyasının Dubna şəhərində yerləşən “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu”
  2. Moskva Dövlət Universiteti
  3. Kiyev Dövlət Universitti
  4. Tbilisi Dövlət Universiteti
  5. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN)
  6. Yaponiyanın Kumamato Universiteti
  7. İtaliyanın Sapienza Universiteti
  8. Fransanın Montpellier Universiteti
  9. Türkiyənin Sivas Universiteti

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət