Magistratura

Fizika fakültəsində magistratura hazırlığında əsas  məqsəd  elmi müəssisələr, ali  və orta təhsil müəssisələri  üçün pedaqoji kadrlar, həmçinin  sənayenin müxtəlif sahələri üçün kadr hazırlığını təmin etməkdir. Magistratura ali peşə təhsilinin ikinci səviyyəsində təhsili davam etdirmək imkanıdır. Məzunlara  dövlət  diplomu  və magistr akademik dərəcəsi verilir. Magistr hazırlığı elmi-tədqiqat fəaliyyətinə yönləndirilir. Magistr proqramları ali peşə təhsil sistemində müvafiq sahələr üzrə  daha dərin peşə biliklərinin, bacarıq və vərdişlərin əldə edilməsini nəzərdə tutan və bir və ya bir neçə fəaliyyət (elmi-tədqiqat, elmi-pedaqoji) növləri üzrə hazırlığa istiqamətlənən  ali təhsilin ikinci səviyyəsi üzrə təhsil proqramlarıdır. Magistraturada təhsil magistrantın biliklərə yiyələnmə prosesində fəal olmasını nəzərdə tutur. Qəbul imtahanlarını uğurla vermiş bakalavrlar magistraturaya qəbul olunurlar. Fakültədə 18 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət