Tələbə klubları

Bakı Dövlət Universiteti Fizika fakültəsinin tələbələrinin üzv olduqları tələbə klubları:

Klubun adı

Klubun məqsədi

İdarəetmənin metodları klubu

İdarə etmə mövzusu haqqında eyni zamanda onun metodları, kateqoriyaları ilə bağlı təlimlər keçirilir.

Youth klubu

Fərqli mövzularda iclaslar təlimlər keçirilir (məsələn astronomiya, assosiallıq və s. kimi mövzuların müzakirəsi aparılır).

İntellektual oyunlar klubu

Fərqli maraqlı və əyləncəli oyunlar yarışlar keçirmək məqsədi ilə açılmışdır.

Şahmat klubu

Şahmat oyunu ilə bağlı təlimlər keçirilir, fərqli fiqurlardan oyundak gedişləri haqqnda məlumatlar vermək məqsədi ilə açılmışdır.

One more chapter

Fərqli kitablar haqqında müzakirələr aparılır, eyni zamanda fərqli mövzular haqqında informasiyalar verilir.

Yazıçılar klubu

Yazıçıları tələbərə daha yaxından tanıtmaq və yazıçılıq qabiliyyətini olan tələbərə maraqlı məlumatlar vermək və qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə təlimlər keçirilir.

Rəssamlıq klubu

Rəsm bacarıqlarının artırılması üçün və rəssamlıq qabiliyyətinin tələbələrdə artması məqsədi ilə açılmışdır. Portret və başqa mövzular üzərində təlimlər keçirilir.

Məntiq klubu

Tələbəlik illərində Sabah qruplarına və magistraturaya hazırlaşmaq, məntiqi təfəkkürünüzün inkişafı sizin üçün vacib əhəmiyyət kəsb edir və bununla bağlı təlimlər, oyunlar keçirilir.

Politologiya klubu

Xarici və daxili siyasət ilə bağlı layihələrin tədbirlərin keçirilməsi məqsədi ilə açılmışdır.

Price English club

İngilis dili bacarıqlarının artırılması və dilin inkişafı ilə bağlı fərqli oyunlar və fərqli layihələr keçirilməsi məqsədi ilə açılmışdır.

Natiqlik klubu

Səlis danışıq, axıcı nitq və fikir mövqeyini əsaslandırmaq və.s mövzuların inkişafı üçün Nəzərdə tutulmuş təlimlər keçirilir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət