Fiziki elektronika kafedrasının tarixi

  Fiziki elektronika kafedrası 1971-ci ildə  "Eksperimental fizika" kafedrasının bazasında  yaradılmış,  həmin  dövrdə kafedranın  7 nəfər professor-müəllimi və 6 nəfər tədrisə köməkçi heyətdən ibarət olmaqla cəmi  13 nəfər əməkdaşı olmuşdur.
       Hazırda kafedrada 18 əməkdaş, o cümlədən 1 professor, 2 professor əvəzi, 5 dosent,1 dosent əvəzi, 5 müəllim çalışır.Kafedranın ilk müdiri   fizika-riyaziyyat elmləri doktoru, professor Qafar İbrahim oğlu Əfəndiyev  olmuşdur, O, Azərbaycan Respublikasında “Plazma elektronikası” elmi məktəbinin əsasını qoymuş və onu formalaşdırmışdır.1992-ci ildən Fiziki elektronika kafedrasının müdiri  fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-york Elmlər Akademiyasının həqiqi üzvü,  ali məktəblər üçün Azərbaycan dilində 6 dərsliyin və 200-ə qədəri yüksək reytinqli elmi jurnallarda dərc olunmuş 450-rən artıq elmi əsərin,2 ixtiranın müəllifi,30 elmlər namizədi, 8 elmlər doktoru dissertasiyasının elmi rəhbəri olmuş və Azərbaycan Respublikasında fəzaca qeyri-bircins yarımkeçiricilərdə elektron proseslərinin komleks tədqiqi məktəbini yaratmış Əhməd Şahvələd oğlu Abdinovdur.
      Kafedranın elmi-tədqiqatlarının əsas istiqamətini müasir bərk cisim elektronikası  və alçaq temperaturlu plazma elektronikasının aktual problemləri təşkil edir. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində kafedrada 9 doktorluq və 23 namizədlik dissertasiyası müdafiə edilmişdir.
     Son illərdə kafedrada, yeni və optimal üsullarla günəş enerjisi çeviriciləıri və nazik təbəqəli elastiki fotoelektrik işıq qəbulediciləri hazırlamaq sahəsində elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirilir. Kafedra əməkdaşları görülən işlər nəticəsində Azərbaycan Respublikasının Patentlərini almışlar.
       Kafedra alimləri, AMEA-nın Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu və s. ilə sıx elmi əlaqə saxlayır.
       Hər il kafedrada,  “Bərk cisim eklektronikası”, “Optoelektronika”, "Plazma və qaz boşaıması elektronikası” ixtisaslaşmaları üzrə 7-11  nəfər magistrant müdafiə edərək, magistr dərəcəsinə yiyələnir.

 Kafedra müəllimləri tərəfindən ənənəvi olaraq, “Elektrik və maqnetizm”  fənnindən icmal mühazirələr oxuyur. Kafedrada son illər ərzində 20-dan artıq dərslik və dərs vəsaiti, 500-dən çox elmi məqalə dərc edilmişdir.
      Kafedra əməkdaşları 40-dan çox Beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Kafedra əməkdaşları Şöhrət ordeni, Əmək Ordeni, Tərəqqi Medalı, Qabaqcıl Təhsil İşçisi Döş Nişanı, BDU-nun 100 illik Yubiley Medalı, Respublika  Elm və Təhsil Nazirliyinin  fəxri fərmanı və s. mükafatlarla təltif edilmişdir. Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar kafedranın  əksərəməkdaşları mükafatlandırılmışdır.

             

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət