Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının tarixi

  1923-1924-cü tədris ilinin sentyabr ayında Fizika-riyaziyyat fakültəsinin  nəzdində yaradılmışdır. Bu kafedra Azərbaycanda fizika sahəsində yaradılan ilk kafedra olmaqla, həm də universitetdə yaradılan ilk fundamental kafedralardan biridir. 1936-1971-ci illərdə kafedranın adı dəyişilərək Eksperimental fizika adlandırılsa da, sonralar yenidən Ümumi fizika adı qaytarılmışdır. 1924-cü ildə Ümumi fizika kafedrasının  müdiri vəzifəsində Rusiyadan dəvət olunmuş prof. S.N.Usatıy çalışmışdır. Kafedrada işləmək üçün dəvət olunan E.E.Lopuxin, F.M.Qallerin, M.A.Poqrebnoy, L.S.Leybenzon, İ.V.Kurcatov, S.Q.Rjanov, Y.Q.Dorfman uzun müddət kafedrada işləmişlər. Kafedranın ilk azərbaycanlı mütəxəsisləri Rəhimbəy Məlikov və Bəhram Mirzəyev olmuşlar. R.Məlikov Ümumi fizika kafedrasında Azərbaycan dilində mühazirələr oxuyan ilk azərbaycanlı alimdir. Fakültənin ilk məzunlarından olan və sonradan Azərbaycan elminin inkişafında xüsusi əməyi olmuş M.S. Əliyev, M.A.Abdullayev, H.İ.Əmirxanov, M.H. Ramazanzadə, Y.S. Seyidov, A.K. Abbaszadə, Z.Ə.Əlizadə hələ tələbəlik illərində Ümumi fizika kafedrasının tədris laboratoriyalarının qurulmasında fəal iştirak etmişlər. 1938-1939-cu tədris ilində bu kafedranın bazasında Eksperimental fizika, Molekulyar fizika, Nəzəri fizika və Geofizika kafedraları yaradılmışdır. Təcrübi fizika kafedrasının müdiri Q.Dorfman olmuşdur. 1956/57-ci tədris ilində kafedranın nəzdində olan "yarımkeçiricilər fizikası" tədris laboratoriyası əsasında "yarımkeçiricilər fizikası" kafedrası yaradılıb. 

1960-ci ildən "təcrübi fizika " kafedrasına K.Ş. Кöçərli rəhbərlik edib. 1972-ci ildən kafedra yenidən "Ümumi fizika" və "Fiziki elektronika" kafedralarına bölünüb, həmin ildə Fiziki elektronika kafedrasına Q.İ.Əfəndiyev, Ümumi fizika kafedrasına isə 1976-cı ilə kimi dos. K.Ş. Кöçərli rəhbərlik edib. O, elmi və pedaqoji potensialı möhkəmləndirmək məqsədilə kafedraya f.-r.e.n. T.H.Ömərzadə, Q.A.Ağayev, E.M.Məhərrəmov, F.Q.Yusifov, Y.Q.Nurullayev, R.Ə.Kərəməliyev, N.Q.Qəhrəmanov, Z.H.Tağıyev və onlar kimi bir çox gənc kadrları cəlb edib. 1975-1991-ci illərdə Ümumi fizika kafedrasına prof. А.H.Zeynallı rəhbərlik etmişdir. А.H.Zeynallı həm də kafedra nəzdində Yarımkeçiricilər fizikası elmi-tədqiqat problem laboratoriyasını yaratmış və onun rəhbəri olmuşdur.  Kafedraya 1992-1995-ci illərdə dos. F.Q.Yusifov,  1996-cı ildən 2019-cu ilədək prof. M.M. Pənahov rəhbərlik edib.  2022-ci ildən kafedraya dos. R.Ş.Rəhimov rəhbərlik edir.

Hal-hazırda kafedranın 14 əməkdaşı var, onların 2-i professor, 5-i dosent, 2-i müəllim, 4-ü laborant- texniki işçilərdir. 

Kafedra əməkdaşları fizika, tətbiqi riyaziyyat və kibernetika, geologiya fakültələrində dərs aparır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət