Yarımkeçiricilər fizikası kafedrasının tarixi

Bakı Dövlət Universitetinin “Yarımkeçiricilər fizikası” kafedrası 1958-ci ildə SSRİ EA-nın müxbir üzvü, akademik Həsən Abdullayevin təєəbbüsü və rəhbərliyi altında yaradılmış və ötən müddət ərzində respublikada yarımkeçiricilər fizikasının inkişafı sahəsində əhəmiyyətli rol oynamışdır. Məlum olduğu kimi Azərbaycanda fizikanın inkişafı keçən əsrin əllinci illərindən baєlayaraq geniє vьsət almışdır və bu, sözün əsl mənasında akademik Həsən Abdullayevin adı ilə bağlıdır. 1954-cü ildən baєlayaraq akademik Həsən Abdullayev respublikada elmin inkişafına nail olmaq üçün elmi kadrların seçilib hazırlanmasına başlamışdır. Çünki o yaxşı bilirdi ki, elmi işi yüksək səviyyədə və səmərəli aparmaqdan ötrü ilk növbədə yaradıcı, çox qabiliyyətli insanları seçib elmə cəlb etmək, onları yetişdirmək lazımdır. Eyni zamanda o, yaxşı bilirdi ki, gələcəyin belə keyfiyyətlərə malik olan elmi iєзilərini, əsasən, o vaxtlar Azərbaycan Dövlət Universiteti adlanan, hazırkı Bakı Dövlət Universitetində və digər ali məktəblərdə təhsil alan tələbələrin iзərsindən axtarıb tapmaq, istedad və qabiliyyətlərinə görə onları seçib uyğun elm sahəsi üzrə yetiєdirmək lazımdır. Bu məqsədlə o, BDU-da ümumi fizika kursu və yarımkeçiricilər fizikasının ayrı-ayrı sahələri üzrə tədris aparmağa başladı. Onunla birlikdə çalışan yaşlı alimlərin xatırladıqlarına görə akademik Həsən Abdullayevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ 1956-cı ildən başlayaraq BDU-da “Yarımkeçiricilər fizikası” kafedrasının yaradılmasına hazırlıq işləri başlanıldı. Bu kafedra bütövlükdə keçmiş Sovetlər İttifaqında yarımkeçiricilər fizikası sahəsində yaradılmış ilk kafedralardan biri idi. Yeni yaradilmış kafedrada müdir vəzifəsində Həsən Abdullayevlə yanaşı kafedranın dosenti vəzifəsində akademik, əməkdar elm xadimi, professor Maksud İsfəndiyar oğlu Əliyev də çalışmışdır. Sonrakı tədris ilində Əliyev Məhərrəm Hüseyn oğlu və Əliyeva Adilə Hacı qızı tam ştat assistent kimi kafedranın ştat cədvəlinə əlavə edilmiєdir. Ötən 58 il ərzində kafedrada 2 nəfər akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 12 elmlər doktoru, professor və 14 elmlər namizədi, dosent və 1 nəfər baş müəllim, ümumiyyətlə yarımkeçiricilər fizikası sahəsində görkəmli mütəxəssis sayılan 30 nəfər çalışmışdır ki, onlardan da bir çoxu indi də kafedrada öz fəaliyyətini davam etdirirlər: akademik H.B.Abdullayev, akademik M.İ.Əliyev, AMEA-nın müxbir üzvü, prof.V.İ.Tahirov, AMEA-nın müxbir üzvü, prof.A.H.Kazımzadə, əməkdar elm xadimi, prof.B.R.Mirzoyev, prof.A.H.Zeynallı, prof.Q.Ə.Axundov, əməkdar müəllim, prof.V.M.Salmanov, prof.A.Ə.Baxışov, prof.Ə.Ş.Abdinov, prof.N.M.Həsənli, prof.M.M.Rənahov, prof.F.E.Fərəcov, prof.R.A.Süleymanov, prof.A.Z.Abasova, prof.Ə.O. Əliyev, prof.Ə.H.Hüseynov, dos.A.H. Əliyeva, dos.N.N. Bezdetnıy, dos.H.Z. Əmənov, dos.S.Ə. Axundov, dos.N.N. Lebedeva,  dos.M.H. Əliyev,  dos.M.D. Xomutova, dos.İ.S.Baukin, dos.İ.M.İsmayılov, dos.L.H. Həsənova, dos.E.Y.Salayev, dos.Ə.Z.Məhəmmədov, dos.S.Ə. Cahangirova, b/m.Ə.Ə.Məmmədov.

Sonralar artıq özülü akademik Həsən Abdullayev tərəfindən qoyulmuє kafedra sьrətlə inkiєaf etməyə başlamışdır və uzun illər respublikada elmi kadrların hazırlanmasında və yarımkeçiricilər fizikası sahəsinin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Akademik H.B.Abdullayevin səyi ilə bu kafedra üzrə ixtisaslaşan tələbələrə əlavə təqaüd təyin edilmişdir ki, bu da keçən əsrin 60-cı illərində daha зox ehtiyac hiss edilən yarımkeçiricilər fizikası sahəsi üzrə kadr hazırlığı prosesinə güclü təsir etmişdir. Təsadüfi deyil ki, hazırda yarımkeçiricilər fizikası sahəsi üzrə təkcə respublikada deyil, bütün dünyada şöhrət qazanmış görkəmli alimlərin bir çoxu ilk təhsilini məhz bu kafedrada almışdır.

Kafedraya 1960-1968-ci illərdə əməkdar elm xadimi, prof. Bəhram Mirzəyev, 1968-1973-ci illərdə prof. Qüdrət Axundov, 1974-1990-cı illərdə AMEA-nın müxbir üzvü, prof. Vladimir Tahirov, 1991-1995-ci illərdə prof. Füzuli Fərəcov, 1996-2014-cü illərdə Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. Aydın Kazımzadə rəhbərlik ediblər. Hal hazırda kafedraya  f.r.e.d., professor Vaqif Müseyib oğlu Salmanov rəhbərlik edir.
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət