Tədris proqramlarının tələbələr tərəfindən yükcək səviyyədə mənimsənilməsi üçün kafedranın əməkdaşları tərəfindən ali məktəblər üçün azərbaycan və rus dillərində bir sıra dərslik və dərs vəsaitləri çap olunmuşdur. Onlardan aşağıdakıları göstərmək olar:
- Əsgərov B.M. “Bərk cisimlərin nəzəriyyəsi”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2013, 396 səh. (dərs vəsaiti);
- Fiqarova S.R. “Termodinamika və statistik fizikadan məsələlər”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2012, 248 səh. (dərs vəsaiti);
- Mahmudov M.M. “Bərk cisimlər fizikasının seçmə məsələləri”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2012, 372 səh. (dərs vəsaiti);
- Ağamalıyev Ə.Q. “Klassik mexanika”, Bakı: “Bakı Universiteti nəşriyyatı”, 2009, 272 səh. (dərslik);
- Аскеров Б.М. “Термодинамика и статистической физика”, Баку: Издательство “Бакы Университети”, 2007, 512 cтр. (dərslik);
- İsmayılov T.H. “Bərk cisimlərin optik xassələri", Bakı: “Elm”, 2006, 52 səh. (dərs vəsaiti);
- Əsgərov B.M. “Termodinamika və statistik fizika”, Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2005, 632 səh. (dərslik);
- Əsgərov B.M. “Bərk cisimlər nəzəriyyəsi”. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2001, 154 səh. (dərs vəsaiti);
- Fiqarova S.R. “Termodinamika və statistik fizikadan məşğələ dərsləri üçün vəsait”. Bakı:“Bakı Universiteti” nəşriyyatı, 1997, 62 səh. (dərs vəsaiti).
Bundan başqa kafedra əməkdaşları Həsənov E.R. və Ağamalıyev Ə.Q. tərəfindən L.D.Landaunun nəzəri fizika kursu seriyasından “Mexanika” I cild və “Statistik fizika” V cildləri azərbaycan dilinə tərcümə olunaraq “Elm” nəşriyyatı tərəfindən uyğun olaraq 2014 və 2012-ci illədə çap olunmuşdur.