02-04 FEVRAL 2023-CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZU

Kosmik havanın hazırki vəziyyəti – ötən period ərzində günəş aktivliyi aşağı səviyyədə qalmışdır. 3204 (N24W86, Cao/beta) oblastında 01/18:00 UTC-də C3.4, sonra bu periodda 01/22:48 UTC-də ən böyük C5.8 alışması baş vermişdir. 3207 (S11E59, Cao/beta) oblastı 01/01:04 UTC-də C1.0 və 01/01:28 UTC-də  C1.8/Sf alışması vermişdir. 3207 oblastı genişlənmiş, digər yaranan törəmə oblastlar stabil olmuş və ya parçalanma mərhələsindədir. Yeni 3208(N16E51, Cro/beta) oblastı sıralanmış, əsasən stabil və qeyriaktiv olmuşdur. 01/06:00 UTC-də şimal qərb limbdə böyük protuberans və onunla əlaqəli CME müşahidə olunmuşdur.  Bu hadisə diskin uzaq tərəfində baş vermiş və Yerə tərəf yönəlməmişdir. Hazırki periodda Yerə yönəlmiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.

Kosmik hava proqnozu – 02-04 fevral  2023 -cü il tarixində 3207 oblastının aktivliyi səbəbindən müəyyən ehtimalla M (R1-R2, zəif radiokəsilmələr) sinif alışmalar baş verə bilər.

Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - Günəşdən gələn 2 Mev enerjili elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə arasında, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.  

02-04 fevral 2023-cü il tarixində Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri yüksək səviyyədə olacaqdır. Bu periodda Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrlərinin fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda 01/18:00 UTC-ə kimi Günəş küləyinin parametrləri normal olmuşdur. Bundan sonra ümumi maqnit sahəsi maksimal qiymətə kimi 11nTl kimi artmış, Bz komponenti nəzərə çarpacaq dərəcədə -10nTl kimi dəyişmiş, Günəş küləyinin sürəti isə 440 km/s ətrafında olmuşdur. 

02-04 fevral 2023-cü il tarixləri üçün  CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar)  təsiri ilə günəş küləyi parametrlərinin periodik dəyişməsi gözlənilir. 03 fevral tarixindən bu təsirlər azalacaq, 04 fevral tarixindən parametrlər normal qiymətlərə yaxın olacaqdır.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – ayrı ayrı periodik qərarlaşmamış olmaqla geomaqnit sahə ümumən sakit səviyyədə olmuşdur. 

02-04 fevral 2023 cü il tarixləri üçün CH HSS təsiri azaldığı üçün period ərzində geomaqnit sahə əsasən sakit -qərarlaşmamış səviyyədən sakit səviyyəyə düşəcəkdir.

Günəşdə alışmaların baş vermə ehtimalı: 02 fevral 2023-cü il tarixində C sinif alışmalar üçün 75%, M sinif alışmalar üçün 10% və X sinif alışmalar üçün isə 1% -dir.

Kp əmsalı: 02-04 fevral 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.0 -             10 yanvar 2023

Son M sinif alışma:  M2.6 -             26 yanvar 2023

Son maqnit  qasırğa: Kp5(G1) –      15 yanvar 2023

 Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.  

Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.

 

Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir

  Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 
 
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.  

 Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

 

 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. Maqnit qasırğanın loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 02-04 01 fevral 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət