Kosmik havanın hazırki vəziyyəti – Günəş aktivliyi 01/01:07 UTC-də 3234 oblastında baş verən M1(R1;Minor) alışması hesabına yüksək səviyyədə olmuşdur. Aşağı səviyyəli C alışmalar fonunda belə günəş rentgen şüalanma seli davam etmiş, günəşin görünən səthində yeddi qrup günəş ləkəsi mövcud olmuşdur. 3234 (N25W49, Fkc/beta-qamma-delta) oblastı çox kiçik dəyişməyə məruz qalmış, lakin qarışıq qütblü konfiqurasiyasını saxılaya bilmişdir. 3236 (S27W58, Cso/beta) oblastında C4 alışması baş verməklə müəyyən dağılma müşahidə olunmuşdur. Bu alışmanın LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında aydın görünən, 01/14:24 UTC-də cənub-qərb limbdə büş vermiş kiçik sürətli CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) ilə əlaqəli olması ehtumal olunur. Bunun ardınca daha bir geniş və kiçik sürətli CME baş vermişdir. Hər iki CME araşdırılır və onların Yerə yönəlmiş potensial komponentlərinin mövcudluğu dəqiqləşdirilir. 3240 (S16E55, Bxo/beta) C9 və C6 alışmaların mənbəyi olmuşdur. Yeni NOAA/SWPC 3241 (N27E73, Hsx/альфа) oblastının analizi aparılır. Digər oblastlar stabil və ya dağlıma mərhələsində olmuşlar. Yerə yönələn digər CME müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 02-04 mart 2023-cü il tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə qalacağı, kiçik ehtimalla C sinif (Yerə təsir edə bilməyəcək qədər zəif), müəyyən ehtimalla M sinif (R1-R2 zəif mülayim, qısa dalğaların kəsilməsi) alışmaların və daha kiçik ehtimalla X (R3 güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri pik həddə çatmışdır. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.
02-04 mart 2023-cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrləri yüksək səviyyədə, enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyəsində qalacaqdır. Müəyyən ehtimalla S1(Minor) hadisəsi ola bilər.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri davam etmiş, Günəş küləyinin parametrləri onun sürətinin azaldığını göstərmişdir. Eyni zamanda maqnit sahəsi nisbətən artmışdır. Ümumi maqnit sahəsi 5-7 nTl aralığında dəyişmişdir. Günəş küləyinin sürəti 700 km/s-dən 550 km/s-ə enmişdir.
02 mart tarixində CH HSS təsiri azalacaq, 03 mart tarixində vəziyyət fon səviyyəsinə düşəcəkdir. 28 fevral tarixində Günəşdən ayrılan CME 04 mart tarixi üçün Yerdən cənub istiqamətdə uzaq keçəcəkdir. Lakin zəif cəbhə təsirinin olması ehtimalı qalmaqdadır. Bu baş verərsə, günəş küləyi güclənəcək və maqnit sahəsində çox kiçik həyacanlaşma müşahidə olunacaqdır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə sakit səviyyə ilə qeyristabil səviyyə arasında olmuşdur.
CH HSS təsiri qaldığından və bu təsir azaldığından 02 mart tarixində əsasən sakit və qeyristabil geomaqnit şərait olacaq. 03 mart tarixində əsasən sakit geomaqnit vəziyyət olacaq. 04 mart tarixi üçün geomaqnit vəziyyətin sakit səviyyə ilə qeyristabil səviyyədə olacağı ehtimal olunur.
Günəşdə alışmaların baş vermə ehtimalı: 02 mart 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 50% və X sinif alışmalar üçün isə 15% -dir.
Kp əmsalı: 02-04 mart 2023-cü il tarixində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X2.2 - 17 fevral 2023
Son M sinif alışma: M1.0 - 01 mart 2023
Son maqnit qasırğa: Kp6(G2) – 28 fevral 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir |
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir. |
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 28-30 noyabr 2022-ci il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html