03-05 OKTYABR 2022 -Cİ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZU

 Kosmik havanın hazırki vəziyyəti –son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olmuşdur. 3110 (N17W52, Dao/beta) oblastında 02/19:53 UTC-də son üç gün ərzində ən böyük X1 (R3-güclü) alışması vermişdir.  Bundan əlavə 3110 oblastında 02/02:21 UTC-də M8/1n (R2-(orta təsirli-güclü) alışma olmuşdur. 3110 oblastı sahəsinə və ləkələrin sayina görə artmış, son sutka ərzində müxtəlif maqnit konfiqrasiyalar yaratmışdır. 3112 (N23E59, Fki/beta- qamma-delta) oblastında 02/14:05 və 02/15:45 UTC-də iki M alışması baş vermişsdir. Bu oblast diskdə ən böyük və mürəkkəb maqnit oblast olmuşdur. 3113 (N16W40, Dai/beta) oblastında cüzi artım müşahidə olunmuşdur. Digər oblastlar stabil və ya parçalanma mərhələsində olmuşlar. 01 oktyabr tarixində üç CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) analiz olunmuşdur. Birinci tac atılması W limbdə 01/12:53 UTC-də baş vermiş və STEREO A COR2 şəkillərində qeydə alınmış və ikinci və üçüncü CME 01 oktyabrda baş vermiş M alışmaların aktivliyi ilə bağlı olmuş, LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2-də 01/20:36 UTC-də müşahidə olunmuş və şimal-qərb limbdə qeydə alınmışdır. Modelin nəticələri göstərir ki, sonuncu CME özündən əvvəlki iki CME -i qabaqlayaraq öz hərəkət istiqamətində Yerə daha tez -04/00:00 UTC-də çatacaqdır.

Kosmik hava proqnozu -03-05 oktyabr 2022-ci il tarixləri üçün M(R1-R2, zəif radiokəsilmələr)  və X (R3 -radiodalğaların yayılmasında güclü maneələr) sinif alışmaların baş vermə ehtimalı ilə günəş aktivliyi yüksək səviyyədə olacaqdır.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – 3110 oblastında baş verən alışmalar səbəbindən enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsindən yüksək olmuşdur. Günəşdən gələn 2 Mev enerjili elektron seli parametrləri normal səviyə ilə yüksək səviyyə arasında olmuşdur.

03-05 oktyabr 2022-ci il tarixləri üçün 3110 və 3112 oblastlarında baş vermiş alışmalar səbəbindən müəyyən ehtimalla S1(nəzərə alınmayacaq zəif) radiasiya qasırğası ola bilər.

Enerjisi 2 Mev olan elektron seli parametrlərinin  normal səviyyə ilə yüksək səviyyəaralığında olacağı ehtimal olunur.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyinin sıxlığı aşağı olmuşdur.  02/19:50 UTC-də planetlərarası maqnit sahəsində kəsilmə-kəskin dəyişmə  müşahidə olunmuş,  bu zaman Bz  qısa müddətdə -8nTl dəyişmişdir. Bu faktın küləyin sıxlığının az olması və müsbət qütblü CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə baş verdiyi ehtimal olunur. 01 oktyabrda baş vermiş CME-lərin Yerə yaxınlaşması nəticəsində 03-04 oktyabr tarixləri üçün günəş küləyinin parametrlərinin daha yüksək olacağı gözlənilir. 

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə G1(minor) aktivliyində qasırğaların baş verməsinə qədər sakit səviyyə ilə təyin edilməyən dayanıqsız səviyyə halında olmuşdur.  01 oktyabr tarixndə baş vermiş CME-nin Yerə yaxınlaşması nəticəsində 03 oktyabr tarixində geomaqnit sahə G1-minor), 04 oktyabr tarixində isə G2 (orta-mülayim) qasırğa səviyyəsində olacaqdır. 05 oktyabr tarixində geomaqnit sahə sakit və aktiv səviyyədə olacaqdır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 03 oktyabr 2022-ci il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 70% və X sinif alışmalar üçün isə 30% -dir.

Kp əmsalı: 03-05 oktyabr 2022-ci il tarixində Kp əmsalı 2-6 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1 -          02 oktyabr 2022

Son M sinif alışma:   M1 -         02 oktyabr 2022

Son maqnit  qasırğa: Kp6(G2) –   27 sentyabr 2022

 

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.

 

Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.

Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir

 

Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

 

Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.

 

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 03-05 oktyabr 2022-ci il tarixləri üçün 2-6 intervalında dəyişəcəkdir.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət