03-08 İYUN 2024 -CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZ

Kosmik havanın hazırki vəziyyəti –son üç sutka ərzində Günəş aktivliyi yüksək  səviyyədə qalmışdır. 3697 (S18E07, Ekc/beta-gamma-delta) oblastında bir çox M sinif alışmalar olmuşdur. Bu oblast müəyyən parçalanma və bölünməyə məruz qalmışdır və bu zaman əsas hissədə delta xarakteristikanı saxlaya bilmişdir. Bu hadisələr zamanı bir çox C sinif alışmalar vermişdir. 3700 (S04W52, Dai/beta) oblastı sahəsini artırmış, C sinif alışmalar vermişdir. 3691 (N25W46, Dso/бета-гамма) oblastı period ərzində parçalanmaya məruz qalmışdır.  3698 (N22W04, Dsi/beta) oblastı genişlənmiş, bu halda ilk dəfə Lasco C2 -də 19-00 UTC-də müşahidə olunan asimmetrik TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection –CME) qeydə almışdır. Sonrakı 01/20:00 UTC-də müşahidə olunan TKA oblastda baş verən M7 alışması ilə bağlı olmuşdur. Bu alışma cənuba və şərqə yönəlmiş və 04 iyun tarixində Yerə çata biləcək istiqamətə malik potensialı da qeydə alınmışdır. SOHO/LASCO (Large  Angle Spectrometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2- koronoqrafında Yerə yönəlmiş digər TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection –CME) müşahidə olunmamışdır.

Kosmik hava proqnozu – 05 iyun tarixinədək günəş aktivliyinin orta -yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən)  alışmaların, eləcədə izolə olunmuş X(R3-güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır.  

Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev olan elektron seli parametrləri normal və ya yüksək səviyyədə olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuşdur.

03-08 iyun 2024-cü il tarixlərində enerjisi 2 Mev olan elektron seli parametrləri normal və ya yüksək səviyyədə, enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyyəsində olacaqdır. 3697 oblastının aktivliyi səbəbindən 05 iyun tarixinədək enerjisi 10 MEV-dən böyük olan proton seli S1(minor) sərhəddinə çata bilər.   

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən gün ərzində müsbət qütblü CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə günəş küləyi parametrlərini əsasən stabil olmuşdur. Günəş küləyinin sürəti təqribən 325 km/s olmuşdur. Ümumi maqnit sahəsi 2-5 nT olmuşdur.  

Günəş küləyi parametrləri 04 iyun tarixinədək nominal qiymətlərə malik olacaqdır. 04 iyun günün sonu və 05 iyun günün əvvəli, 01 iyun tarixində baş vermiş TKA səbəbindən Günəş küləyi parametrləri aktiv hala keçə bilər.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – geomaqnit sahə sakit stabil halda olmuşdur.

03 iyun tarixində geomaqnit sahə sakit olacaqdır.  04 iyun tarixində geomaqnit sahə qeyristabil -aktiv hala keçə biləcəyi, G1(mülayim) geomaqnit qasırğa ola biləcəyi ehtimal olunur. 05 iyun günün sübh saatlarında TKA təsirlərinin zəifləməsi səbəbindən geomaqnit sahə sakit -qeyri-stabil hala keçəcəkdir.

Günəşdə alışmaların baş vermə ehtimalı: 03 iyun 2024-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 75% və X sinif alışmalar üçün isə 35% -dir.

Kp əmsalı: 03-08 iyun 2024-cü il tarixində Kp əmsalı 1-5 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.3 -              01 iyun 2024

Son M sinif alışma:   M1.9 -            02 iyun 2024

Son maqnit  qasırğa: Kp6(G2) –       17 may 2024

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblastı göstərilmişdir.   Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.
 
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir   Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 
 
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.   Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 03-08 iyun 2024-cü il tarixləri üçün 1-5 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət