Kosmik havanın hazırki vəziyyəti – ötən üç sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. Son üç sutka ərzində ən güclü alışma 08:06 UTC-də 3494 (S17, L=332) oblastında baş verən C4.0 alışması olmuşdur. 3500 (S18W71, Dkc/beta-qamma) oblastı dağılmağa davam etmişdir. 3510 (S15E22, Cri/beta) və 3511 (S23E23, Bxo/beta) oblastları yeni sıralanmışlar. Yerə yönəlmiş TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection – CME)– müşahidə olunmamışdır.
Kosmik hava proqnozu -04-09 dekabr 2023-cü il tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə qalacağı və kiçik ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən üç sutka ərzində Günəşdən gələn 2 Mev enerjili elektron selinin parametrləri normal səviyyəilə yüksək səviyyəyə aralığında olmuşdur. Enerjiləri 10 Mev olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.
04-09 dekabr 2023 -cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrlərinin CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə normal-yüksək səviyyədə saxlanacağı, 10 Mev-dən böyük enerjilərə malik proton seli parametrlərinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillər günəş küləyi parametrlərin gücləndiyini, artdığını göstərmişdir. CH HSS təsiri ilə günəş küləyinin sürəti 415 km/s-dən 530 km/s kimi artmışdır. Planetlərarası maqnit sahə induksiyası 1-9 nTl intervalında dəyişmiş. Bz isə +8/-5 nTl intervalında olmuşdur.
CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin 06 dekabr tarixində saxlanacağı ehtimal olunur. Günəş küləyinin sürətinin 600-700 km/s olacağı proqnozlaşdırılır. 01 dekabr tarixində Günəşi tərk etmiş TKA-nın zəif formada Yer yaxınlığından keçəcəyi ehtimal olunur.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – keçən period ərzində geomaqnit sahə sakit və dəyişən səviyyədə olmuşdur.
04 dekabr tarixində G1(mülayim) geomaqnit qasırğasının olması ehtimal olunur. Bu hadisənin 05 dekabr tarixində də davam edə biləcəyi proqnozlaşdırılır. Sonrakı tarixnlərdə geomaqnit sahə sakit olacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 04 dekabr 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 30% və X sinif alışmalar üçün isə 5% -dir.
Kp əmsalı: 04-09 dekabr 2023-cü il tarixlərində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 2-5 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.51 - 07 avqust 2023
Son M sinif alışma: M1.0 - 01 dekabr 2023
Son maqnit qasırğa: Kp5-(G1) – 02 dekabr 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 04-09 dekabr 2023- cü il tarixləri üçün 2-5 intervalında dəyişəcəkdir. | ||||
|
||||
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html