Kosmik havanın hazırki vəziyyəti –son üç gün ərzində fon səviyyəsində rentgen şüalanma seli yaradan bir neçə C sinif alışma səbəbindən Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. Görünən limbdə beş qrup ləkələr müşahidə olunmuşdur. 3179 (N14W92, Hsx/alpha) oblastı qərb limb ətrafında demək olarkı fırlanmamışdır. 3177 (S19W23, Csi/beta) oblastında ən böyük alışma 04/18:45 UTC -də C8.4 alışması olmuşdur. 3180 (N19E03, Dsi/beta-qamma) oblastı kiçilmiş, lakin maqnit konfiqrasiyasını saxlamışdır. Digər oblastlar az dəyişmişlər. SOHO/LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında Yerə yönəlmiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 05-07 yanvar 2023 -cü il tarixlərində müəyyən ehtimalla M (R1-R2, zəif radiokəsilmələr) və çox kiçik ehtimalla X (R3 -radiodalğaların yayılmasında güclü maneələr) sinif alışmaların baş verə bilər.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəş küləyinin dəyişməsi nəticəsində Günəşdən gələn enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuş, 2 Mev enerjili elektron seli parametrləri isə normal səviyyə ilə yüksək səviyyə arasında olmuşdur.
05-07 yanvar tarixlərində Günəşdən gələn enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrlərinin fon səviyyəsində olacağı, 2 Mev enerjili elektron seli parametrləri isə CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri nəticəsində yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyinin parametrlərinin dəyişməsi CME-nin çox zəif yaxınlaşmasına dəlalət edir. Ümumi maqnit sahəsi pik qiymətə çataraq 19nTl, periodun çox hissəsində isə 15-17 nTl aralığıçda olmuşdur. Bz -isə istiqamətinə görə kəskin dəyişmişdir. Günəş küləyinin sürəti 375-425 km/s intervalında olmuşdur.
5 yanvar tarixinədək CME-nin keçidi davam edəcəkdir. 05 yanvar tarixindən CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) -in təsiri müşahidə olunacaqdır. Günəş küləyi parametrlərinin artması gözlənilir. 07 yanvar tarixində CH HSS təsiri zəifləyəcəkdir.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə CH HSS təsiri və Bz komponentinin istiqamətinin dəyişməsi nəticəsində G1 (mülayim) qasırğa səviyyəsində olmuşdur.
05 yanvar 2023 -cü il tarixində geomaqnit səviyyə G1 geomaqnit qasırğa səviyyəsində qalacaqdır.06 yanvar tarixindən CME zəiflədiyindən CH HSS təsiri üstünlük təşkil edəcək və G1 qasırğa ehtimalı ilə sakit və dayanıqsız güomaqnit səviyyə gözlənilir. 07 yanvar tarixindən CH HSS effektlərinin təsiri azaldığından sakit və dayanıqsız geomaqnit səviyyə ehtimal olunur.
Günəşdə alışmaların baş vermə ehtimalı: 05 yanvar 2023-cü il tarixində C sinif alışmalar üçün 95%, M sinif alışmalar üçün 30% və X sinif alışmalar üçün isə 10% -dir.
Kp əmsalı: 05-07 yanvar 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1 - 02 oktyabr 2022
Son M sinif alışma: M3.7 - 30 dekabr 2022
Son maqnit qasırğa: Kp5(G1) – 30 dekabr 2022
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. | Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. | |||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir | Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 05-07 yanvar 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html