Kosmik havanın hazırki vəziyyəti –son üç gün ərzində bir neçə C sinif alışma olmasına baxmayaraq Günəş aktivliyi aşağı səviyyəyə qayıtmışdır. 3110 (N21W93, Cso/beta) oblastı zəifləmiş, 3112 (N22E21, Fks/beta-qamma-delta) oblastı isə diskdə görünən ləkə qruplarına malik oblast olaraq qalmışdır. Helioqrafik ölçüdə çox böyük (25 dərəcə) olan 3112 oblastı çox az dəyişmiş və bir neçə C sinif subalışma vermişdir. 3116 (N29E28, Dai/beta) oblastı müşahidə olunan ciddi aktivlik göstərməmiş və ötən periodun sonunda bir C2.7 alışması vermişdir. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2- və digər koronoqraflarda Yerə yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu - Günəşin fırlanması nəticəsində 3110 oblastının limbin arxa tərəfinə keçməsi səbəbindən 06 oktyabr 2022-ci il tarixindən M (R1-R2, zəif radiokəsilmələr) və X (R3 -radiodalğaların yayılmasında güclü maneələr) sinif alışmaların baş vermə ehtimalı azalmışdır. 3113 oblastında müəyyən ehtimalla M, çox az ehtimalla X sinif alışmalar ola bilər. Lakin buna baxmayaraq 07-08 oktyabr tarixlərində günəş aktivliyi aşağı səviyyədə olacaqdır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində, 2 Mev enerjili elektron seli parametrləri isə yüksək olmuşdur.
06-08 oktyabr tarixlərində S1 (zəif) radiasiya qasırğası olacağı ehtimal olunur.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyinin parametrləri CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin davam etdiyini və planetlərarası maqnit sahəsinin artdığını göstərmişdir. Ümumi maqnit sahəsi 9 nTl kimi yüksəlmiş, sonra isə 3-5 nTl -a enmişdır. Günəş küləyinin sürəti 500-550 km/s olmuşdur.
Maqnit sahəsinin qiymətinin yüksəlməsi ötən günlərdə yerə yaxınlaşan CME səbəbindən ola bilər. Sonrakı yaranan biləcək dəyişmə 3-4 oktyabrda baş vermiş və yerin orbitindən cənub istiqamətdə və arxa tərəfindən keçəcək CME-lərin təsiri ilə ola bilər. Lakin bu CME-lərin trayektoriyaları haqqında proqnoz tam modelləşdirilməmişdir.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə günəş küləyi sahəsinin yaratdığı həyacanlaşma səbəbindən sakit səviyyə ilə qeyristabil səviyyə halında olmuşdur.
CH HSS təsiri nəticəsində geomaqnit sahə 06-07 oktyabr tarixləri üçün qeyristabil səviyyədə olacaqdır. Digər yeni proseslər müşahidə olunmazsa 08 oktyabr tarixindən geomaqnit sahə əsasən sakit səviyyə ilə tarazlamamış səviyyədə olacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 06 oktyabr 2022-ci il tarixində C sinif alışmalar üçün 95%, M sinif alışmalar üçün 55% və X sinif alışmalar üçün isə 25% -dir.
Kp əmsalı: 06-08 oktyabr 2022-ci il tarixində Kp əmsalı 2-3 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1 - 02 oktyabr 2022
Son M sinif alışma: M1.6 - 04 oktyabr 2022
Son maqnit qasırğa: Kp5(G1) – 03 oktyabr 2022
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alışmalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davamedici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.
|
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
|
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. |
|||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) birbaşa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 06-08 oktyabr 2022-ci il tarixləri üçün 2-3 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html