Kosmik havanın hazırki vəziyyəti – ötən üç gün ərzində Günəş aktivliyi orta səviyyədə olmuşdur. 3327 (S16E28, Eki/beta-qamma-delta) oblastı 07/11:46 UTC-də bu period üçün ən böyük olmuş M4.7 alışması vermişdir. Görünən diskdə 10 oblast içərisində bu oblast daha aktiv olmuş, 07/06:45 UTC-də C7.1, 07/07/45 UTC-də C8.7 alışmaları vermişdir. C7.1 alışması limbin cənub-şərq hissəsində CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yaratmışdır. Aparılan modelləşmə bu faktın Yerə təsirsiz ötüşəcəyini, Yerə yönələn komponentinin olmadığını göstərmişdir. 3323 (S08W20, Eai/beta-qamma) oblastında parçalanma əlamətləri müşahidə olunmuşdur. Digər oblastlar stabil və ya dağılma mərhələsində olmuşlar. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında Yerə yönələn digər CME müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 08-10 mart 2023-cü il tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə olacağı, 10 iyun tarixinədək kiçik ehtimalla M sinif (R1-R2 zəif mülayim, qısa dalğaların kəsilməsi) və daha kiçik ehtimalla X (R3 güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev olan elektron selinin parametrləri normal səviyyə ilə yüksək səviyyə arasında olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur. 10 iyun tarixinədək enerjisi 2 Mev olan elektron seli parametrləri yüksək səviyyədə, enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyəsində qalacaqdır. 3327 oblastının aktivliyi səbəbindən S1(nəzərə alınmayan mülayim) səviyyədə geomaqnit aktivlik ola bilər
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi parametrləri fon səviyyəsinə yaxın olmuşlar. Ümumi maqnit sahəsi 5 nTl, Bz isə sabit qalmışdır. 07/22:25 UTC-də günəş küləyinin nisbətən güclənməsi səbəbindən ümumi maqnit sahəsi 8 nTl, son nəticədə 9-10 nTl olmuşdur. CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri azalmışdır. Günəş küləyinin sürəti 325 km/s-dən -380 km/s kimi artmış, sonra isə 325 km/s kimi azalmış və sabit qalmışdır. 04 iyun tarixində baş vermiş CME təsiri 08 iyun tarixi üçün gözlənilir və bu təsir 09 iyun tarixinədək ola biləcəyi ehtimal olunur.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə sakit səviyyədə, sonradan günəş küləyinin nisbətən artması səbəbindən qeyristabil səviyyədə olmuşdur.
04 iyun tarixində Günəşdən ayrılan CME Yerin yaxınlığından, Yerdən kənar keçməsi səbəbindən geomaqnit sahə qərarlaşmamış səviyyədə olacaqdır. 10 iyun tarixindən CME -nin istənilən gecikmiş effektləri təsirsiz olacaq və bu səbəbdən sakit geomaqnit səviyyə ehtimal olunur.
Günəşdə alışmaların baş vermə ehtimalı: 08 iyun 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 30% və X sinif alışmalar üçün isə 10% -dir.
Kp əmsalı: 08-10 iyun 2023-cü il tarixində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.2 - 29 mart 2023
Son M sinif alışma: M4.7 - 07 iyun 2023
Son maqnit qasırğa: Kp6(G2) – 21 may 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. | Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. | |||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir |
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. |
|||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 08-10 iyunt 2023-cü il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html