Kosmik havanın hazırki vəziyyəti – son sutka ərzində günəş aktivliyi yüksək aktiv səviyyədə olmuşdur. 3296 (N16W06, Ekc/beta) oblastı 17/22:34 UTC-də period ərzində ən böyük olan uzunmüddətli M1 alışması vermişdir. Bu alışmaya qədər 3293 (N13W19, Dai/бета) və 3297 (N08E10, Ekc/бета) oblastlarında C sinif alışmalar müşahidə olunmuşdur. Digər sıralanmış oblastlarda heç bir struktur dəyişikliklər aşkar edilməmişdir. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 08-10 may tarixləri üçün günəş aktivliyinin aktiv səviyyədə olacağı, C sinif rentgen şüalanma selinin fon səviyəsində saxlanacağı, müəyyən ehtimalla M (R1-R2) sinif alışmaların və kiçik ehtimalla X (R3-güclü) sinif alışmaların baş verə biləcəyi proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 2 Mevolan elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyədə arasında, enerjiləri 10 Mev-dən yüksək olan proton selinin parametrləri isə fon səviyyəsində olmuşdur.
08-09 may tarixlərində enerjisi 2 Mev olan elektron selinin parametrlərinin qiyməti yüksək səviyyədə, 10 may tarixi üçün isə yüksək səviyyədə olacağı proqnozlaşdırılır. Enerjisi 10 Mev olan proton seli parametrlərinin isə fon səviyəsində qalacağı ehtimal olunur. Müxtəlif istiqamətlərə bir neçə CME-nin Yerə yaxınlaşması səbəbindən S1(minor) geomaqnit qasırğa olması ehtimal olunur.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən sutka ərzində davam edən CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin səbəbindən günəş küləyi paramerləri orta səviyyədə olmuşdur. Ümumi maqnit sahəsi 19nTl qeydə alınmış, Bz isə -13nTl olunmuşdır. Günəş küləyi plazmasının sürəti 500 km/s -ə yüksəlmişdir. Bu yüksəlmələr 04 may tarixində 3296 oblastında baş vermiş M3.9 alışması ilə bağlı olan CME ilə əlaqədar olması ehtimal olunur.
Günəşdən 04-06 may tarixlərində ayrılan bir neçə CME-nin təsir effektləri və davam edən CH HSS təsiri nəticəsində günəş küləyi mühiti güclənəcəyi, Günəş küləyinin parametrlərinin artacağı proqnozlaşdırılır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu –ötən period ərzində CH HSS təsiri nəticəsində geomaqnit sahə sakit səviyyə ilə aktiv səviyyə aralığında olmuşdur.
Geomaqnit sahə 08 may tarixində G2(orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10-adək), 09 may tarixində G1(mülayim) və daha aşağı, 10 may tarixində isə aktiv səviyyədə olacaqdır. 04-05 may tarixlərində yaranmış tac dəliklərinin ikiqat təsiri bu effektlərin təsirindəa əsas rol oynayacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 08 may 2023-ci il tarixində C sinif alışmaların baş vermə ehtimalı 99%, M sinif alışmalar üçün 55% və X sinif alışmalar üçün isə 15% -dir.
Kp əmsalı: 08 may 2023-cü il tarixi üçün Kp əmsalı 3-5, 09-10 may tarixi üçün 2-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.2 - 29 mart 2023
Son M sinif alışma: M1.5 - 07 may 2023
Son maqnit qasırğa: Kp6(G2) – 06 may 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration - Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 Ao (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı. | Şəkil 2. İonlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 Ao-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı. | |||
Şəkil 3. Sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda Günəşin şəkli. | Şəkil 4. Günəşin qaynayan səthindən gələn işıq 304 Ao-də (HeII) dalğa uzunluğunda Günəşin şəkli. Bu spektral xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Kənarlarda protuberanslar meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı bu şəkillərdə günəş alışmalarını müşahidə etmək mümkündür. | Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - Günəşdə maqnit sahəsinin dəyişməsi. | |||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. 08 may 2023-cü il tarixi üçün Yerdə maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, 09-10 may tarixi üçün 2-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html