Kosmik havanın hazırki vəziyyəti – ötən period ərzində günəş aktivliyi 3213 (N35W15, Eki/beta-delta) oblastında baş verən M sinif alışmalar hesabına orta səviyyədə olmuşdur. Bu period üçün ən böyük M2 alışması 08/02:53 UTC-də baş vermişdir. 3211 (S16W84, Cao/Beta) oblastı 07/21:30 UTC-də C5.3 alışması vermiş, cənub qərb hissəsində CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmuşdur. Analiz göstərmişdir ki, əlaqədar olaraq Yerə yönələn konkret hadisə yoxdur. Bu periodda 3217 (S07E72, Dko/Beta) və 3218 (N15E62, Bxo/Beta) oblastları yeni sıralanmışdır. 3217 oblastında 08/20:12 UTC-də M1.5 alışması, ümumiyyətlə isə 08 fevral 2023 tarixində Günəşdə C sinif 7 alışma, M sinif 5 alışma baş vermişdir. Digər oblastlar sakit və stabil olmuşlar. Hazırki periodda Yerə yönəlmiş CME müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 09-11 fevral 2023 -cü il tarixlərində M (R1-R2, zəif radiokəsilmələr) sinif alışmalar baş vermə ehtimalı ilə günəş aktivliyi orta səviyyədə olacaqdır. 3213 oblastında çox kiçik ehtimalla izolə olunmuş halda X sinif (radiodalğaların yayılmasında maneələr) alışma ola bilər.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - Günəşdən gələn 2 Mev enerjili elektron seli parametrləri 08/15:50 UTC-də pik həddə çatmışdır. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.
09-11 fevral 2023-cü il tarixində Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri orta səviyyə ilə yüksək səviyyə aralığında olacaqdır. Bu parametrlər 11 fevral 2023-cü il tarixindən orta səviyyəyə düşəcəkdir. Bu periodda enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrlərinin fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş parametrlərinin qiymətləri CH hadisələrinin təsirini hiss etdirmişlər. Ümumi maqnit sahə induksiyası 10nTl-a yüksəlmiş, sonradan 4-7nTl olmuşdur. Planetlərarası maqnit sahəsinuin Bz komponenti +/-7nTl kimi dəyişmiş, Günəş küləyinin sürəti isə bu periodun əvvəlində 515 m/s olmuş, 550 m/s kimi yüksəlmişdir.
02-04 fevral 2023-cü il tarixləri üçün CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin qalacağı gözlənilir. 04-05 fevralda baş vermiş CME-nin sürüşkən təsiri ilə bağlı effektlərin olacağı istisna olunmur.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – CH HSS təsiri nəticəsində geomaqnit sahə qərarlaşmamış səviyyə ilə aktiv səviyyə aralığında olmuşdur. haldümumən sakit səviyyədə olmuşdur.
09 fevral 2023 cü il tarixi üçün CH HSS -in və CME-nin cüzi təsiri ilə geomaqnit sahə sakit səviyyə ilə qeyristabil səviyyə arasında olacaqdır. 10 fevral tarixində sakit səviyyədən qeyristabil səviyyəyə yüksələcək. 11 fevral tarixi üçün ümumən sakit geomaqnit səviyyə proqnozlaşdırılır.
09-11 fevral 2023-ci il tarixləri üçün maqnit qasırğanın olma ehtimalı 5%, güclü maqnir qasırğasının olma ehtimalı isə 1%-dir.
Günəşdə alışmaların baş vermə ehtimalı: 09 fevral 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 55% və X sinif alışmalar üçün isə 15% -dir.
Kp əmsalı: 09-11 fevral 2023-cü il tarixində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.0 - 10 yanvar 2023
Son M sinif alışma: M1.7 - 08 fevral 2023
Son maqnit qasırğa: Kp5(G1) – 15 yanvar 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir |
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 09-11 fevral 2023-cü il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html
https://tesis.xras.ru/forecast_activity.html