09-16 OKTYABR 2023-CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZU

Kosmik havanın hazırki vəziyyəti – ötən üç sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 08.03.40 UTC-də 3460 (S10E23, Dai/beta-gamma) oblastında periodun ən böyük alışması-C6.6/Sf alışması baş vermişdir. 3460 və 3451 (N16W46, Eai/beta-delta) oblastlarında period ərzində genişlənmə müşahidə olunmuşdur. 3452 (N10W50, Eao/beta) və 3454 (S11W27, Cso/beta) oblastlarında isə sönmə müşahidə edilmişdir. Digər oblastlar stabil olmuş,  dəyişməmişlər. Yerə yönəlmiş  TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection – CME)– müşahidə olunmamışdır.

Kosmik hava proqnozu -09-16 oktyabr 2023-cü il tarixləri üçün günəş aktivliyi aşağı səviyyədə qalacağı və  kiçik ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən)  alışmaların olacağı proqnozlaşdırılır.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn 2 Mev enerjili elektron selinin parametrləri normal səviyyədən yüksək səviyyəyə qalxmışdır. Enerjiləri 10 Mev olan proton seli parametrləri  isə fon səviyyəsində olmuşdur.  

09-16 oktyabr 2023 -cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrlərinin  CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə orta səviyyədə saxlanacağı, 10 Mev-dən böyük enerjilərə malik proton seli parametrlərinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillər günəş küləyi parametrlərin fon səviyyəsində olduğunu və Günəş küləyinin sürəti 295-358 km/ s-intervalında qeydə alınmışdır. Planetlərarası ümumi maqnit sahəsi 1-6 nTl çatmış, Bz isə +6/-5 nTl arasında dəyişmişdir

10-11 oktyabr tarixləri üçün CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri güclənməsi müşahidə ediləcəkdir.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – keçən period ərzində geomaqnit səviyyə sakit və dəyişkən olmuşdur. 09 oktyabrdan başlayaraq əsasən sakit olacaqdır. CH HSS təsiri ilə geomaqnit sahə 10-11 oktyabr tarixləri üçün sakit və qeyri stabil olacaqdır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 09 oktyabr 2023-cü il tarixində C sinif alışmalar üçün 95%, M sinif alışmalar üçün 35% və X sinif alışmalar üçün isə 5% -dir.

Kp əmsalı: 09-16 oktyabr 2023-cü il tarixlərində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 1-3 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.51 -          07 avqust 2023

Son M sinif alışma:   M1.7 -          10 oktyabr 2023

Son maqnit  qasırğa: Kp5-(G2) –   05 oktyabr 2023

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Space  weather prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 Şəkil 1.  Maqnit qasırğanın loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 09-16 oktyabr 2023- cü il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət