Kosmik havanın hazırki vəziyyəti – son 24 saat ərzində günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 3272 (S21E38, Eai/beta-qamma) oblastı periodun böyük hissəsində C sinif aktivlik nümayiş etdirmişdir. Bu alışmaların içərisində ən böyük olanı 09/06:08 UTC-də C9/Sf alışması olmuş, periodun əvvəlindən parçalanma faktları da müşahidə edilmişdir. Yeni 3273 (N10E27, Cao/beta) oblastı sürətlə meydana gəlmiş və 09/08:00 UTC-də bir neçə C sinif alışma vermişdir. Təqribən 09/09:36 UTC-də şimal-qərb limbdə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmuşdur. Modelləşmə onun Yerdən yan keçəcəyini göstərmişdir. Növbəti CME 09/19:48-UTC-də cənub-qərb limdə müşahidə edilmişdir. Bu CME-in modelləməsi aparılır və Yerə təsiri edib etməyəcəyi araşdırılır.
Kosmik hava proqnozu – 10-12 aprel 2023-cü il tarixləri üçün günəş aktivliyinin çox aşağı səviyyədə olacağı və kiçik ehtimalla M (R1-R2, zəif, radiadalğaların yayılmasını əngəlləyə bilən) alışmaların baş verəcəyi proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri yüksək səviyyədə, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri dayanıqlı fon səviyyəsində olmuşdur.
10-11 aprel tarixləri üçün enerjisi 2 Mev olan elektron selinin parametrləri yüksək səviyədə olacaq, sonradan zəif fon səviyyəsinə düşəcəkdir. Enerjisi 10 Mev olan proton seli parametrlərinin bütün period ərzində fon səviyəsində və ya fon səviyyəsinə yaxın səviyyədə qalacağı ehtimal olunur.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri səbəbindən Günəş küləyinin parametrləri aşağı səviyyədə olmuş, 09/21:58 UTC-dən sonra müəyyən qədər artmışdır. Ümumi maqnit sahəsi 4 nTl, Bz isə +/-5nTl olmuşdur. Günəş küləyi plazmasının ölçülən qiymətləri müxtəlif dəyişkən qiymətlər almışdır.
06-08 aprel tarixlərində günəş küləyi parametrləri davam edən CH HSS nəticəsində əsasən artacaq, 12 aprel tarixində kiçik ehtimalla sürüşkən CME zərbə təsiri gözlənilir.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – nominal günəş küləyi ilə geomaqnit sahə sakit və qeyristabil səviyyə arasında olmuşdur.
10-11 aprel tarixlərində davam edən və zəifləyən CH HSS nəticəsində geomaqnit şərait sakit səviyyə ilə qeyristabil səviyyə arasında olacaqdır. 12 aprel tarixində CH HSS təsiri və 07 aprel tarixində baş vermiş CME təsiri ilə sürüşkən zərbə olma ehtimalı mümkündür.
Günəşdə alışmaların baş vermə ehtimalı: 10 aprel 2023-ci il tarixində C sinif alışmalar üçün 95%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə1% -dir.
Kp əmsalı: 10 aprel 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.2 - 29 mart 2023
Son M sinif alışma: M2.8 - 08 aprel 2023
Son maqnit qasırğa: Kp8(G4) – 24 mart 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration - Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir |
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir. |
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 10-12 aprel 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html