Kosmik havanın hazırki vəziyyəti –son üç gün ərzində 3112 oblastında bir neçə C sinif alışma səbəbindən Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 09/14:27 UTC-də ən böyük C3 alıması olmuşdur. 3112 (N22W28, Fki/beta-delta) və 3116 (N30W25, Еао/beta) oblastlarında parçalanma müşahidə olunmuşdur. SOHO/LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında günəş səthində limbin cənub-şərq hissəsinin kənarında 09/02:48 UTC-də baş vermiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmuş və bu CME günəş-yer xəttindən yan keçmişdir.
Kosmik hava proqnozu – 10-12 oktyabr 2022-ci il tarixlərində müəyyən ehtimalla M (R1-R2, zəif radiokəsilmələr) və çox kiçik ehtimalla X (R3 -radiodalğaların yayılmasında güclü maneələr) sinif alışmaların baş verə bilər.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuş, 2 Mev enerjili elektron seli parametrləri isə 17:15-də yüksək səviyyəyə qalxmışdır.
10-12 oktyabr tarixlərində Günəşdən gələn enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olacağı, 2 Mev enerjili elektron seli parametrləri isə CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri nəticəsində yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyinin parametrləri CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə normallaşmışdır. Ümumi maqnit sahəsi 2-7 nTl, Bz -isə +4/-6 nTl intervalında olmuşdur. Günəş küləyinin sürəti 497-605 km/s intervalında olmuşdur.
CH HSS -in təsiri 10 oktyabr tarixində də müşahidə olunacaqdır. Günəş küləyi parametrləri 11 oktyabrdan başlayaraq normal vəziyyətə yaxın olacaqdır. 07 oktyabr tarixində meydana gəlmiş və maqnit sahəsində güclü dəyişiklik yaranmış CME-in sürüşkən təsirinin olma ehtimalı vardır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə CH HSS təsiri nəticəsində aktiv səviyyədə olmuşdur.
CH HSS təsiri davam etdiyindən 10 oktyabr tarixində G1(mülayim) səviyyədə maqnit qasırğa ola bilər. 11 oktyabr tarixində geomaqnit sahə sakit və qeyristabil səviyyədə olacaqdır. 12 oktyabr tarixində geomaqnit sahənin dayanıqsız səviyyədə olacağı ehtimal olunur.
Günəşdə alışmaların baş vermə ehtimalı: 10 oktyabr 2022-ci il tarixində C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 45% və X sinif alışmalar üçün isə 10% -dir.
Kp əmsalı: 10-12 oktyabr 2022-ci il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1 - 02 oktyabr 2022
Son M sinif alışma: M1 - 07 oktyabr 2022
Son maqnit qasırğa: Kp5(G1) – 03 oktyabr 2022
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alışmalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.
|
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
|
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.
|
|||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 10-12 oktyabr 2022-ci il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html