11-13 may 2023-cü il tarixləri üçün Kosmik Hava Proqnozu

Kosmik havanın hazırki vəziyyəti – son sutka ərzində günəş aktivliyi yüksək aktiv səviyyədə olmuşdur. Fon rentgen şüalanma seli aşağı C sinif səviyyəsində qalmaqdadır. Görünən diskdə səkkiz günəş ləkə qrupu qeydə alınmışdır. 3296 (N15W49, Ekc/beta-qamma) oblastı zəifləmiş, delta siqnaturasını itirmişdir. Lakin mürəkkəb maqnit konfiqrasiyasını saxlaya bilmişdir.  Qeyristabillik göstərmiş, oblastda bəzi genişlənmə və parçalanma periodları müşahidə olunmuşdur. Oblast 10/14:21 UTC-də periodun ən böyqk M2/1b (R1-Minor) alışmasını vermişdir. 3297 (N10W29, Eki/beta-qamma) oblastı kiçik dəyişmə ilə ləkələrin yenidən paylanmasına məruz qalmışdır. C sinif alışmalar və optik subalışmalar vermişdir. 3300 (N10W13, Dao/beta) oblastında erkən genişlənmə, sonradan zəifləmə müşahidə olunmuşdur. 3294 (S07W33, Cso/beta) oblastı bir neçə ləkə yarada bilmiş, bipolyar olmuşdur. Digər oblastlar stabil və ya qeyriaktiv olmuşlar. LASCO (Large  Angle Spectrometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafı vasitəsi ilə hər hansı aktivliyə malik yeni CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.

Kosmik hava proqnozu – 11-13 may tarixləri üçün günəş aktivliyinin aktiv səviyyədə olacağı, 3296 oblastının aktivliyi nəticəsində müəyyən ehtimalla M (R1-R2) sinif alışmaların və kiçik ehtimalla X (R3-güclü) sinif alışmaların baş verə biləcəyi proqnozlaşdırılır.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 2 Mevolan elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə aralığında olmuşdur.  Enerjiləri 10 Mev-dən yüksək olan proton selinin parametrləri isə 10/1250 UTC-də pik həddə çatmaqla S1(minor) səviyyəsində olmuşdur. S1 səviyyəsinin 11 may tarixinədək davam edəcəyi, sonradan azalacağı və 13 may tarixində təkrar ola biləcəyi ehtimal olunur. Əsas səbəb kimi 3296 oblastında 09 may tarixində baş vermiş və günəş proton hadisələrinin əlavə mənbəyi kimi daha çox ehtimalla M4 alışması hesab olunur

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi paramerləri CME təsirinin davam etdiyini göstərən səviyyədə olmuşdur. Ümumi maqnit sahəsi zərbə dalğası nəticəsində artmış, 20nTl qeydə alınmış, sonradan 6-7 nTl kimi azalmışdır. Bz əsasən şimal istiqamətdə olmuşdır. Lakin kiçik periodlarda cənuba  -10nTl kimi meyl etmişdir.  Günəş küləyi plazmasının sürəti 680 km/s olmuş, 600 km/s kimi azalmışdır.

07 may tarxində baş vermiş CME təsiri 11 may tarixində də hiss olunacaqdır. Analiz və modelləşmə göstərir ki, 09 may tarixində yaxınlaşmış CME sürüşkən zərbə yarada bilmişdir. Bu səbəbdən baş verən hadisənin mürəkkəb xarakterinin analizi qeyrimüəyyənlik yaratmışdır. Əgər sürüşkən zərbə baş vermişsə, keçid 12may tarixində davam edəcək, 13 may tarixində azalacaqdır.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu –ötən period ərzində geomaqnit sahə daxil olan CME zərbə dalğasına reaksiya vermiş, müxtəlif periodlarla G1(minor) aktiv qasırğa səviyyəsində olmuşdur.

Davam edən CME axını nəticəsi olaraq 11 may tarixində günün əvvəli üçün geomaqnit sahə qərarlaşmamış aktiv səviyyədə, G1 səviyyə ehtimalı ilə proqnozlaşdırılır. Gözlənilən CME zərbə dalğası sonrakı müddətdə böyük coğrafi enliklərdə G1-G3(mülayim-güclü), kiçik coğrafi enliklərdə G1(mülayim) maqnit qasırğa yarada bilər.  Bu zaman maqnit sahəsinin güclənməsi baş verə bilər. CME ixtiyarı təsiri 12 may tarixində böyük coğrafi enliklərdə G1-G2 (mülayim-orta), kiçik coğrafi enliklərdə G1(mülayim), 13 may tarixində isə geomaqnit sahənin zəifləmiş və idarə olunmayan aktiv səviyyədə ola biləcəyi proqnozlaşdırılr. 

Hazırda geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 3-dir. Maqnit qasırğaların baş vermə ethimalı çox aşağı olmaqla 1-10% arasındadır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 11 may 2023-ci il tarixində C sinif alışmaların baş vermə ehtimalı 99%, M sinif alışmalar üçün 60% və X sinif alışmalar üçün isə 20% -dir.

Kp əmsalı: 11-13 may 2023-cü il tarixi üçün Kp əmsalı 2-4 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:    X1.2 -             29 mart 2023

Son M sinif alışma:   M2.2 -            10 may 2023

Son maqnit  qasırğa: Kp6(G2) –      06 may 2023

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration - Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1.  Ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 Ao (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı.   Şəkil 2.  İonlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 Ao-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı.
 
Şəkil 3. Sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda Günəşin şəkli.   Şəkil 4. Günəşin qaynayan səthindən gələn işıq 304 Ao-də (HeII) dalğa uzunluğunda Günəşin şəkli. Bu spektral xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Kənarlarda protuberanslar meydana çıxa bilər. 
 
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı bu şəkillərdə günəş alışmalarını müşahidə etmək mümkündür.  

Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - Günəşdə maqnit sahəsinin dəyişməsi.

 

 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. 11-13 may 2023-cü il tarixləri üçün Yerdə maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 2-4 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət