Kosmik havanın hazırki vəziyyəti – ötən üç sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. Ən böyük alışma 3423 (N16W16, Ekc/beta-gamma) oblastında 01:55 UTC C8.3/Sf alışması olmuşdur. 3421 (N13W78, Eao/beta) oblastı dağılmağa davam etmiş, 3425 (N23E14, Eai/beta) və 3418 (N19W80, Cro/beta) oblastları isə bir qədər genişlənmişlər. Yeni sıralanmış 3430 (S16E09, Bxo/beta) və 3431 (S08E60, Dao/beta) oblastları sakit olmuşdur. Yerə yönəlmiş TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection – CME)– müşahidə olunmamışdır.
Kosmik hava proqnozu -11-17 sentyabr 2023-cü il tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə qalacağı və çox kiçik ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn 2 Mev enerjili elektron selinin parametrləri normal səviyyədən yüksək səviyyəyə yüksəlmişdir. Enerjiləri 10 Mev olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.
11-17 sentyabr 2023 -cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrlərinin CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə yüksək səviyyədə, 10 Mev-dən böyük enerjilərə malik proton seli parametrlərinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillərə əsasən müsbət qübtlü CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri isə günəş küləyi parametrlərin fon səviyyəsində olduğu qeydə almışdır. Günəş küləyinin sürəti 300---360 km/ s-intervalında qeydə alınmışdır. Planetlərarası ümumi maqnit sahəsi isə 4-7 nTl intervalında dəyişmişdir. Bz komponenti sabit olmuşdur.
11 sentyabr tarixi üçün günəş küləyi parametrləri fon səviyyəsini saxlayacaqdır. 12-13 sentyabrdan başlayaraq CH HSS təsiri ilə günəş küləyi paramatrləri nisbətən artacaq, nəticədə günəş küləyi sürəti yeksələcəkdir.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – keçən period ərzində geomaqnit səviyyə fon səviyyəsində oolmuşdur. 11-17 sentyabr tarixləri üçün geomaqnit sahə sakit və qeyristabil olacaqdır
Günəşdə alışmaların baş vermə ehtimalı: 11 sentyabr 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 40% və X sinif alışmalar üçün isə 5% -dir.
Kp əmsalı: 11-17 sentyabr 2023-cü il tarixlərində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.51 - 07 avqust 2023
Son M sinif alışma: M2.0 - 09 sentyabr 2023
Son maqnit qasırğa: Kp6-(G2) – 03 sentyabr 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. | Şəkil 2. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir | |
Şəkil 3. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 11-17 sentyabr 2023- cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir. | ||
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html