Kosmik havanın hazırki vəziyyəti –son sutka ərzində Günəş aktivliyi yüksək səviyyəyə qalxmışdır. 22:45 UTC -də şimal şərq limbdə M1 alışması baş vermişdir. 3576 (S16W23, Fkc/beta-gamma-delta), 3582 (N06E01, Cao/beta) və 3583 (N09E29, Dso/beta)) oblastlarında C sinif alışmalar baş vermiş, 3576, 3582 və 3583 oblastlarında isə genişlənmə müşahidə olunmuşdur. N28E19 oblastında 11/18:12 UTC-də şimal şərq limdə TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection –CME) müşahidə olunmuşdur. Baş verən proses növbəti mənzərələr baxil olduqdan sonra analiz ediləcəkdir. 3576 oblastında 10/23:36 UTC-də baş vermiş və SOHO/LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafı ilə müşahidə olunmuş M9.0 alışmasından sonra baş verən TKA analiz edilmişdir. GOES SUVI 304 -də həmin oblastda iki TKA müşahidə etmişdir. Modelləşmə göstərir ki, TKA 13 fevral tarixində Yer-Günəş xəttindən yan keçəcəkdir.
Kosmik hava proqnozu – 12-17 fevral 2024-cü il tarixləri üçün günəş aktivliyinin orta səviyyədə olacağı, müəyyən ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, çox kiçik ehtimalla X (R3-güclü) alışmaların olması proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn radiasiya şüalanması S1(mülayim) olmaqla 18:15 UTC-də başlamış, 23:55 UTC-də maksimum olmuş və 03:55 UTC -də artıq bitmişdir. Enerjiləri 2 Mev enerjili elektron seli parametrləri normal və ya yüksək səviyyədə olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri yüksək səviyyəsində olmuşdur.
12-17 fevral 2024-cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrləri normal və ya yüksək səviyyədə olacaqdır. Enerjisi 10 Mev olan proton seli parametrləri isə 3576 oblastının potensial alışma ehtimalına görə S1(minor) fon səviyyəsində ola biləcəyi proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi parametrləri nominal səviyyəsində olmuş, 09 fevral tarixində baş vermiş alışma hesabına yaranan sürüşkən TKA effektini göstərmişdir. 11/01:21 UTC-də planetlərarası zərbə dalğası müşahidə edilmişdir. CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri müşahidə olunmuşdur. Ümumi maqnit sahəsi 4nTl-dan 19 nTl yüksəlmiş, Bz komponenti -15 nTl olmuşdur. Günəş küləyinin sürəti isə 350 km/s-dən 439 km/s kimi artmış, 14.11 UTC -də 634 km/s olmuşdur. 02:11 UTC-də Yerdə qəflətən 40nTl (Boulder maqnitometri) geomaqnit impuls müşahidə olunmuşdur. Sonradan ümumi sahə 10 nTl düşmüş, günün sonunda maqnit sahəsi 6-8 nTl intervalında olmuşdur.
12-14 fevral tarixlərində günəş parametrlərinin arta biləcəyi proqnozlaşdırılır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə sakit və aktiv səviyyədə olmuşdur.
Geomaqnit sahə 12 fevral tarixi üçün geomaqnit sahə aktiv halda olacaqdır. Böyük coğrafi enliklərdə geomaqnit sahə G1(mülayim) səviyyədə ola bilər. Ardıcıl baş vermiş TKA hesabına geomaqnit sahənin aktivliyi 14 fevral tarixinədək saxlanması proqqnozlaşdırılır. Orta enliklərdə aktivlik müşahidə olunmayacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 05 fevral 2024-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 65% və X sinif alışmalar üçün isə 20% -dir.
Kp əmsalı: 12 fevral-17 fevral 2024-cü il tarixində Kp əmsalı 2-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X3 - 09 fevral 2023
Son M sinif alışma: M1 - 11 fevral 2024
Son maqnit qasırğa: Kp6(G2) – 18 dekabr 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir | Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. | Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir. | |||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 12 fevral-17 fevral 2024-cü il tarixində Kp əmsalı 2-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html