Kosmik havanın hazırki vəziyyəti –Mənbəyi 3372 (N24E65, Eki/beta) oblastı olan M.6.9. alışması səbəbindən son üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olmuşdur. Günəşin görünən diskində 12 ləkə müşahidə edilmiş, rentgen şüalanma fonu C sinif səviyyəsində olunmuşdur. 3361 (N25W65, Dsi/ beta-qamma) oblastı parçalanmaya məruz qalmış, aralıq hissələr çox az miqdarda genişlənmişdir. 12/05:14 UTC-də M1.3. alışması baş vermişdir. 3367 (N10W41, Dai/beta) oblastı zəifləmiş və kiçik sürətlə sönmüşdür. 3366 (S11W83, Hsx/alpha) oblastı limbə tərəf dönmüş, tam görünməsi mümkün olmamış, lakin oblastda 12/00:31 UTC-də M1.4. alışması baş vermişdir. 3363 (S21W09, Dko/beta-delta) oblastı böyümüş, bir neçə əks kölgələr yaranmışdır. Bu oblast aktiv olmamışdır. Digər oblastlar stabil olmuş, praktik olaraq çox az dəyişmişlər. SOHO LASCO LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2-koronoqrafında Yerə yönəlmiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılmas) müşahidə edilməmişdir. Yalnız 3363 oblastında limbdə cənub -qərb istiqamətdə qravitasiyanın təsiri altında olan CME alışma baş vermişdir. Koronoqraflarda müşahidə edilən bu hadisə korrelyativ olmamışdır.
Kosmik hava proqnozu – 13-14 iyul tarixlərində günəş aktivliyinin yüksək səviyyədə olacağı, 3372, 3367 və 3361 oblastlarının alışmaları hesabına kiçik ehtimalla C sinif (Yerə təsir edə bilməyəcək qədər zəif), müəyyən ehtimalla M sinif (R1-R2 zəif mülayim, qısa dalğaların kəsilməsi) alışmaların və daha kiçik ehtimalla X (R3 güclü) alışmaların olacağı proqnozlaşdırılır. 15 iyul tarixi üçün aşağı səviyyədə günəş aktivliyi, M sinif (R1-R2 zəif mülayim, qısa dalğaların kəsilməsi) alışmaların və kiçik ehtimalla X (R3 güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev olan elektron seli parametrləri aşağı səviyyə ilə yüksək səviyyə aralığında olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuşdur.
13-15 iyul 2023 -cü il tarixlərində enerjisi 2 Mev olan elektron seli parametrlərinin yüksək səviyyədə olacağı proqnozlaşdırılır. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olacaqdır. 3361, 3367 və 3363 oblastlarının mövqeyi və bu oblastlarda baş verə biləcək alışmaları hesabına günəş enerjisinin proton hadisələri riski səbəbindən çox kiçik ehtimalla S1(minor) hadisəsi ola bilər.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən üç gün ərzində günəş küləyi parametrləri zəif səviyyədə olmuş, lakin nisbətən artma mərhələsində olmuşdur. Günəş küləyinin güclənməsi müşahidə olunmuşdur. Ümumi maqnit sahəsi 9 nTl-dən 5-7 nTl kimi azalmış, Bz komponenti əsasən cənuba yönəlmişdir. Günəş küləyinin sürəti isə 325 km/s-i aşmamışdır.
10 iyul tarixində nəzərə alımnayacaq dərəcədə kiçik CME-in potensial əlamətləri səbəbindən zərbə təsiri olmamışdır. 13 iyul tarixi üçün günün ilk yarısında bu təsir özünü göstərə bilər. Zəif zərbə dalğaları hesabına və planetlərarası maqnit sahəsinin güclənməsi səbəbi ilə günəş küləyinin sahəsinin həyacanlaşması ehtimal olunur. İzolə olunmuş ayrı-ayrı tac dəlikləri 13-14 iyul tarixlərində günəş küləyi parametrlərinə çox da təsir edə bilməyəcəkdir. 11 iyul tarixində baş vermiş CME ilə əlaqədar sürüşkən zərbə dalğasının baş vermə ehtimalı mövcuddur. 14-15 iyul tarixləri üçün günəş küləyinin Yerə müəyyən təsirləri müşahidə oluna bilər.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – ötən sutka Geomaqnit sahə sakit səviyyədə olmuşdur.
Günəş küləyinin, yaxınlaşan CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) zəif təsiri ilə və ixtiyarı nəzərə alınmayacaq kiçik zərbələr hesabına yaranan mümkün ola biləcək həyacanlaşmaları səbəbindən 13 iyul tarixində geomaqnit səviyyə sakit və aktiv səviyyələrdə ola bilər. 14 iyul tarixində sürüşkən CME təsiri geomaqnit səviyyəni aktiv hala gətirə bilər və G1(mülayim) geomaqnit qasırğa ehtimalı vardır. 15 iyul tarixi üçün CME -in Yerə çatacağı təqdirdə G1(mülayim) geomaqnit qasırğa səviyyəsi gözlənilir. Qeyd etmək lazımdır ki, CME hadisənin və onun çatma vaxtının dəqiqlik proqnozu çox aşağıdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 13 iyul 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 55% və X sinif alışmalar üçün isə 20% -dir.
Kp əmsalı: 13-15 iyul 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.0 - 02 iyul 2023
Son M sinif alışma: M6.8. - 12 iyul 2023
Son maqnit qasırğa: Kp5(G2) – 25 iyun 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
|
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 13-15 iyul 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html