Kosmik havanın hazırki vəziyyəti –son üç gün ərzində bir neçə C sinif alışma olmasına baxmayaraq Günəş aktivliyi aşağı səviyyəyə qayıtmışdır. 3112 (N25W65, Eki/beta) oblastlı parçalanmış. Lakin bir neçə C sinif alışma vermişdir. 3119 (N29W30, Dai/бета) oblastı bir neçə C alışma vermiş və stabil qalmışdır. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2- və digər koronoqraflarda Yerə yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 13-15 oktyabr tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə olacağı ehtimal olunur.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri yüksək səviyyədə, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuşdur.
13-15 oktyabr tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrləri artacaq, enerjisi 10 Mev olan proton seli parametrləri fon səviyəsində qalacaqdır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyinin parametrləri CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin davam etməsi səbəbindən normal səviyyədə olmuşdur. Ümumi maqnit sahəsi 5 nTl, Günəş küləyinin sürəti 400-350 km/s intervalında olmuşdur.
14 oktyabr tarixinədək günəş küləyi parametrlərinin nominal olacağı proqnopzlaşdırılır. 15 oktyabr tarixində günəş küləyinin sürətinin çıx az artacağı ehtimal olunur.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə stabil səviyyədə olmuşdur.
13-14 oktyabr tarixləri üçün CH HSS təsiri nəticəsində sakit və qeyristabil geomaqnit şərait ola bilər.
Günəşdə alışmaların baş vermə ehtimalı: 13 oktyabr 2022-ci il tarixində C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 45% və X sinif alışmalar üçün isə 10% -dir.
Kp əmsalı: 13-15 oktyabr 2022-ci il tarixində Kp əmsalı 1-2 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1 - 02 oktyabr 2022
Son M sinif alışma: M1.5 - 11 oktyabr 2022
Son maqnit qasırğa: Kp5(G1) – 03 oktyabr 2022
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
|
|
|||
|
|
|||
|
|
|||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html