Kosmik havanın hazırki vəziyyəti –son üç sutka ərzində Günəş aktivliyi 12/16:26 UTC-də 3664 (S19W75,Fkc/beta-gamma-delta) oblastında X1.0/1f (R3/Strong) -bu period ərzində baş verən ən güclü alışma hesabına aktiv halda olmuşdur. Bu oblast diskdə ən aktiv və ən mürəkkəb oblast olmuşdur. 3675 (S14W43, Dai/beta) və 3676 (S22E09, Dai/beta) oblastlarında genişlənmə müşahidə olunmuşdur. 3677 (S02W38, Axx/alpha), 3678 (N08E65, Hsx/alpha) və 3679 (S09E73, Hsx/alpha) oblastları yeni sıralanmışdır. Digər oblastlar ya stabil olmuş, ya da dağılmışdır. SOHO/LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2- koronoqrafında şəkillərə əsasən 12/0148 UTC-də 3673 və 3676 oblastlarında eyni vaxtda baş vermiş atılmalar müşahidə olunmuşdur. Bu hadisədən yaranan tac kütlə atılması TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection –CME) sürüşkən zərbə yaratmaqla 14 may axşam-15 may səhər saatlarında Yer yaxınlığından keçəcəyi ehtimal olunur.
Kosmik hava proqnozu – 13-18 may tarixləri üçün günəş aktivliyi ümumən saxlanacaqdır. 3664 oblastı potensialına 13-14 may tarixlərində müəyyən ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır. 15 may tarixindən başlayaraq günəş aktivliyi azalacaq, müəyyən ehtimalla M sinif alışmalar ola bilər.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri normal və ya yüksək səviyyədə olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsindən yüksək olmuşdur.
13-may tarixində enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyyəsindən yüksək olacaq, S1(minor) səviyyəsinə qalxacaqdır. Enerjisi 2 Mev olan elektron seli parametrləri normal və ya yüksək səviyyədə, 14-15 may tarixlərində bu axın parametrləri yeksələcəkdir.sonrakı gün əırzində normal hala enəcəkdir.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən gün ərzində günəş küləyi parametrləri TKA təsirinin azaldığını göstərir. Lakin günəş küləyi parametrləri az dəyişmişdir: 1000km/s-dən 800 km/s enmiş, sonra yenidən 900 km/s kimi yüksəlmişdir.
Bu artımlar 11 may baş vermiş TKA hadisəsinin cəbhə zərbəsi səbəbi ilə olada bilər. Ümumi maqnit sahəsi 5-12 nT intervalında olmuş, Bz komponenti -9 nT qeydə alınmışdır.
Günəş küləyi parametrlərinin dəyişməsində 11 may tarixində baş vermiş TKA -nın və CH HSS(Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri müşahidə olunacaqdır. Günəş küləyi parametrləri 14 may tarixində yüksələ bilər.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – geomaqnit sahə sakit səviyyədən aktiv səviyyədə olmuşdur. Bu 13 may tarixində sübh saatlarında orta geomaqnit qasırğa səviyyəsində olacaq, sonradan fon səviyəsinə enəcəkdir.
13-18 may tarixləri üçün geomaqnit sahə aktiv halda olacaqdır. 13 may tarixində səhər saatlarında (səhər saat 06-dək) geomaqnit sahə G1(mülayim) geomaqnit halında olacaqdır. 12 may tarixində yaranmış TKA 14 may tarixində Yerin yaxınlığından keçərək sürüşmə effekti yaradacaq və zəif CH HSS təsiri müşahidə ediləcəkdir. 15 may tarixində qeyristabil və CH HSS təsirləri müşahidə olunacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 13 may 2024-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 95% və X sinif alışmalar üçün isə 75% -dir.
Kp əmsalı: 13-18 may 2024-cü il tarixində Kp əmsalı 1-5 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.5 - 11 may 2024
Son M sinif alışma: M1.1 - 12 may 2024
Son maqnit qasırğa: Kp9(G5) – 11 may 2024
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. SDO/HMİ Continium İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. | Şəkil 2. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir. | |||
|
||||
Şəkil 3 və 4. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 5. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 13-18 may 2024-cü il tarixləri üçün 1-5 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html