13-20 NOYABR 2023 -Cİ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZU

Kosmik havanın hazırki vəziyyəti – ötən period ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 3484 (S15W62,Cai/beta) oblastında 12/0441 UTC -də periodun ən böyük C8.4/Sf impulsiv alışmaları baş vermişdir. 3484 və 3485 (S19W52, Dai/beta) oblastlarında genişlənmə, 3477 (S15W81, Cao/beta) və 3483 (N09W65, Dki/beta-gamma) oblastlarında isə zəif parçalanma müşahidə olunmuşdur. 3486 (S09W08, Dao/beta) oblastı yeni sıralanmış və period ərzində güclü dəyişmişdir.  Digər aktivlik N33W75 oblastında 09:20 UTC yaranan və LASCO C2 ilə alınan şəkillərdə şimal qərb hissədə 12:10:12 UTC-də müşahidə olunan TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection – CME) olmuşdur. Hadisənin analizi aparılır, Yerlə təması çox kiçik ehtimallıdır. Digər alışma 3484(S15W62,Cai/beta) obastında 12/14:00 UTC -də yaranan və C2 koronoqrafı vasitəsi ilə 12:15:37 UTC-də qeydə alınan şəkillərdə qərbdə müşahidə olunan TKA olmuşdur. Bu hadisə analiz olunur. Tam analizi üçün əlavə verilənlərə ehtiyac vardır.  

Kosmik hava proqnozu -13-20 noyabr 2023-cü il tarixləri üçün günəş aktivliyi aşağı səviyyədə qalacağı və  kiçik ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən)  alışmaların olacağı proqnozlaşdırılır.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn 2 Mev enerjili elektron selinin parametrləri normal səviyyədın yüksək səviyyəyə qalxmışdır.  Enerjiləri 10 Mev olan proton seli parametrləri  isə fon səviyyəsində olmuşdur.  

13-20 noyabr 2023 -cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrlərinin  CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə yüksək səviyyədə saxlanacağı, 10 Mev-dən böyük enerjilərə malik proton seli parametrlərinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillər günəş küləyi parametrlərin 09 noyabr tarixində 05:30 12:30 UTC-də baş vermiş TKA səbəbindən gücləndiyini, artdığını göstərmişdir. Maqnit sahə induksiyası bu səbəbdən 2nTl-dan 5 nTl kimi, TKA sonra isə 10 nTl kimi artmışdır. Bz isə cənuba yönələrək -6nTl olmuşdur. Günəş küləyinin sürəti 460 km/s-dən 529 km/s-ə yüksəlmişdir.  Zərbə dalğasından sonra isə 600 km/s-ə çatmışdır. Periodun sonu üçün azalaraq 430 km/s olmuşdur. 9 noyabr tarixində baş vermiş TKA gec çatmış və proqnoz olunduğundan zəif olmuşdur

Günəş küləyinin parametrlərinin 13 noyabr tarixində TKA təsiri səbəbindən və CH HSS Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə günün birinci yarısı güclənəcəyi, sonrakı günlərdə zəifləyəcəyi ehtimal olunur.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – keçən period ərzində geomaqnit səviyyə bir neçə TKA səbəbindən aktiv halda olmuşdur. 13 noyabr tarixində TKA təsiri səbəbindən və CH HSS Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə geomaqnit sahə aktiv olacağı, 14 noyabr tarixindən başlayaraq sakit və ya dəyişkən olacağı proqnozlaşdırılır. 22-24 noyabr tarixləri üçün G1(mülayim) geomaqnit qasırğası ehtimal olunur.

Günəşdə alışmaların baş vermə ehtimalı: 13 oktyabr 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 45% və X sinif alışmalar üçün isə 5% -dir.

Kp əmsalı: 13-20 noyabr 2023-cü il tarixlərində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 1-4 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.51 -          07 avqust 2023

Son M sinif alışma:   M1.2 -          11 noyabr 2023

Son maqnit  qasırğa: Kp5-(G1) –   06 noyabr 2023

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1.  Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 13-20 noyabr 2023- cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.    
 
     
 
     
 
     

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət