15-17 may 2023-cü il tarixləri üçün Kosmik Hava Proqnozu

Kosmik havanın hazırki vəziyyəti – son sutka ərzində günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 3296(N15, L=141) oblastının qərb limb ətrafında fırlanmasından sonra oblast period ərzində ən böyük alışmanı - 14/09:17 UTC -də C7.0 alşmasını vermişdir. 3297 (N09W83, Cao/beta) və 3305 (N10E11, Dai/beta) oblastları aşağı səviyyədə C sinif alışmalar vermişlər. 3305 oblastı sahəsini artırmış və oblastda ləkələrin sayının artması müşahidə olunmuşdur. 3306 (S18W36, Cao/beta) oblastı yeni sıralanmışdır. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.

Kosmik hava proqnozu – 15-17 may tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə olacağı, müəyyən ehtimalla M (R1-R2, Minor -Merate) sinif alışmaların baş verə biləcəyi proqnozlaşdırılır.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 2 Mev olan elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə aralığında olmuşdur.  Enerjiləri 10 Mev-dən yüksək olan proton selinin parametrləri isə fon səviyyəsində olmuşdur. 15-17 may tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrləri normal, proton seli parametrləri fon səviyyəsində olacaqdır. 

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi paramerləri 09 may tarixində baş vermiş CME təsirinin azaldığını göstərmişdir. Ümumi maqnit sahəsi 9nTl qeydə alınmış, Bz isə -7nTl kimi azalmışdır. Günəş küləyi plazmasının sürəti 450-500 km/s olmuşdur.  

15 may tarixi üçün günəş küləyi parametrləri fon səviyyəsinə qayıdacaqdır. 12 may tarixində baş vermiş CME səbəsindən yarana biləsi ehtimal olunan sürüşkən zərbə nəticəsində 16 may tarixindən 17 may tarixinədək günəş küləyi parametrlərinin nisbətən artacağı proqnozlaşdırılır.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu –ötən period ərzində geomaqnit sahə sakit səviyyə ilə qeyristabil səviyyə aralığında olmuşdur

15 may tarixində geomaqnit sahənin sakit olacağı, 16-17 may tarixləri üçün sakit səviyyədən aktiv səviyyəyə keçəcəyi, 12 may tarixində baş vermiş zəif keçid prosesləri səbəbindən 17 may tarixində geomaqnit sahənin sakit səviyyə ilə qeyristabil səviyyə aralığında olacağı proqnozlaşdırılır.

Hazırda geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 2-dir. Maqnit qasırğaların baş vermə ethimalı çox aşağı olmaqla 1-5% arasındadır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 15 may 2023-ci il tarixində C sinif alışmaların baş vermə ehtimalı 99%, M sinif alışmalar üçün 15% və X sinif alışmalar üçün isə 1% -dir.

Kp əmsalı: 15-17 may 2023-cü il tarixi üçün Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:    X1.2 -             29 mart 2023

Son M sinif alışma:   M1.8 -            11 may 2023

Son maqnit  qasırğa: Kp5(G1) –      12 may 2023

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration - Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1.  Ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 Ao (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı.   Şəkil 2.  İonlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 Ao-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı.
 
Şəkil 3. Sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda Günəşin şəkli.   Şəkil 4. Günəşin qaynayan səthindən gələn işıq 304 Ao-də (HeII) dalğa uzunluğunda Günəşin şəkli. Bu spektral xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Kənarlarda protuberanslar meydana çıxa bilər. 
 
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı bu şəkillərdə günəş alışmalarını müşahidə etmək mümkündür.  

Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - Günəşdə maqnit sahəsinin dəyişməsi.

 

 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. 15-17 may 2023-cü il tarixləri üçün Yerdə maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 1-3 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət