Kosmik havanın hazırki vəziyyəti –son üç sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 3336 (S21E54, Dao/beta) oblastı 15/12:55 UTC -də C9.7/Sf alışması vermişdir. Bu oblast cənub-qərb limbi ətrafında fırlanma icra edərək nisbətən genişlənmiş, 15/03:17 UTC-də C6 alışması vermişdir. 3333 (S11E22, Dai/beta) əsasən qeyriaktiv olmuş, aralıq ləkələrində artma müşahidə edilmişdir. 3335 (S15E51, Eso/beta) oblastının sahəsi genişlənmiş, aralıq ləkələrinin sayı artmışdır. 3337 (N17E69, Axx/alpha) və 3338 (N11E73, Cao/beta) oblastları yeni sıralanmış, 3338 oblastı bir neçə C sinif alışma vermişdir. Digər oblastlar stabil olmuş, praktik olaraq çox az dəyişmişlər. SOHO LASCO LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında Yerə yönəlmiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 16-18 iyun tarixində günəş aktivliyinin aşağı səviyyədə qalacağı, müəyyən ehtimalla 3333, 3335 və 3338 oblastlarının aktivliyi hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev olan elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə aralığında olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.
16 iyun 2023 -cü il tarixində enerjisi 2 Mev olan elektron seli parametrlərinin normal səviyyədə olacağı, CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə 17-18 iyun tarixlərində yüksələcəyi proqnozlaşdırılır. Enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyəsində olacaqdır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda ilk yarısınadək günəş küləyi parametrləri fon səviyyəsində olmuşdur. 15/08:00 UTC -dən sonra planetlərarası maqnit sahəsi və müntəzəm olaraq günəş küləyinin hər bir parametri artmışdır. Ümumi maqnit sahəsi 5 nTl-dan 20 nTl-dək artmışdır. Bz komponenti +15/-13 nTl aralığında dəyişmiş, Günəş küləyinin sürəti isə 340 km/s-dən 630 km/s -dək artmışdır. Günəş küləyinin sıxlığı da müvafiq olaraq artmışdır.
CH HSS təsiri geomaqnit hal ala biləcəyindən 16 iyun tarixinədək Günəş küləyi parametrlərinin artmış qiymətlərinin 16-17 iyun tarixlərində də CH HSS təsirin saxlanacağı, 18 iyun tarixindən isə bu təsirin zəifləyəcyi ehtimal olunur.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – ötən sutka geomaqnit sahə sakit və aktiv hallarda, bəzi qısa periodlarla G1(mülayim) geomaqnit qasırğa şəraitində olmuşdur.
Davamlı CH HSS təsiri ilə 16 iyun tarixi gecə saat 03 radələrinədək geomaqnit sahənin aktiv səviyyəyə yüksələcəyi və G1(mülayim) geomaqnit qasırğa olacağı proqnozlaşdırılmışdır. Bu hal qarşıdakı periodun ilk yarısında (16 iyun) zəifləyərək idarəolunmayan aktiv hala keçə bilər. 17-18 iyun tarixləri üçün CH HSS təsirinin azalacağı və qeyristabil geomaqnit şərait olacağı gözlənilir.
Günəşdə alışmaların baş vermə ehtimalı: 05 iyun 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 20% və X sinif alışmalar üçün isə 5% -dir.
Kp əmsalı: 16-18 iyun 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.2 - 29 mart 2023
Son M sinif alışma: M2.5 - 09 iyun 2023
Son maqnit qasırğa: Kp6(G2) – 21 may 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir |
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 16-18 iyun 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html