16-19 DEKABR 2023 -CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZ

 Kosmik havanın hazırki vəziyyəti – ötən üç sutka ərzində Günəş aktivliyi yüksək   səviyyəyə qalxmışdır.  3514 (N05W57, Ekc/beta-gamma-delta) oblastında 14/16:47 UTC -də 2017 ci ildən etibarən ən güclü - X2.8 (R3 güclü) alışması olmuşdur. Əlaqədar olaraq II və IV növ (2118 km/s),  Tenflare (gücü 4800 sfu) radiosiqnallar və Castelli U radiosiqnatur müşahidə olunmuçşdurş.  3511 oblastında qismən dağılma müşahidə olunmuşdur. Daha çox 245 Hs, 410 Hs və 610 Hs tezlikli radioalışmalar qeydə alınmışdır. 14/1738 UTC-dən sonra LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2/C3 və  STEREO-A COR2 koronoqrafı vasitəsi ilə TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection – CME)– müşahidə olunmuşdur. Bu hadisənin analizi göstərir ki, TKA Yerə 16 dekabrda günün sonu, 17 dekabr tarixində günün əvvəli üçün çata biləcəkdir. Digər hadisə  3514 oblastında 14/13:48 UTC-də M2.3 (R1-Minor),  15/07:15 UTC-də  M6.3/1n (R2 -orta) və  15/07:34 UTC-də  M6.9/Sf (R2-orta) alışmaları olmuşdur. M6.9 alışması ilə əlaqədar 15/08:01 UTC-də  diametri 10 sm, gücü 1200 sfu olan  radioalışma da qeydə alışmışdır. Bu hadisələrin analizi aparılır. Digər aktiv oblastlar nisbətən sakit olmuşlar.

Kosmik hava proqnozu -3514 oblastının aktivliyi səbəbindən 16 dekabr tarixinə kimi Günəş aktivliyinin R1-R2 (nəzərə alınmayacaq zəif- radiodalğaların yayılmasını zəif əngəlləyə bilən- orta)  və ayrı- ayrı izolə olunmuş hadisə ehtimalı ilə R3(güclü) olacağı gözlənilir.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn 2 Mev enerjili elektron selinin parametrləri normal səviyyədən yüksək səviyyəyə yüksəlmiş, enerjiləri 10 Mev olan proton seli parametrləri  isə fon səviyyəsində nisbətən yüksək olmuşdur.

17 dekabr tarixinədək  enerjisi 2 Mev olan elektron seli parametrlərinin  CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə yüksək səviyyədə, 10 Mev-dən böyük enerjilərə malik proton seli parametrlərinin isə S1(minor) səviyyərində olacağı ehtimal olunur.    

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykində son hadisələri tam ifadə edən şəkillər almaq mümkün olmamışdır. Əldə olunan məlumatlara görə günəş küləyi fon səviyyəsinə qayıtmışdır.

Günəş küləyinin sürətinin 450 km/s-dən 270 km/s kimi olması qeydə alınmışdır. Planetlərarası ümumi maqnit sahəsi isə 5 nTl olmuş, Bz komponenti isə +1/-5 nTl aralığında olmuşdur.  Son sutka ərzində  maqnit induksiyası 4-14 nTl, Bz -12nTl günəş küləyi sürəti isə 400 km/s olmuşdur.

17 dekabr tarixi üçün günəş küləyi parametrləri CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri  və gözlənilən TKA səbəbi ilə nisbətən artacaq, nəticədə günəş küləyi sürəti yüksələcəkdir. 16 dekabr tarixində 12 dekabr tarixində günəşdən ayrıan TKA-nın  zəif təsiri, əlaqədar olaraq R3(güclü) alışma təsiri gözlənilir.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – keçən period ərzində geomaqnit səviyyə aktiv halda olmuş, hazırdaa sakit səviyyəyə enmişdir.Günəşi 11-12 dekabr tarixlərində tərk etmiş TKA nəticəsində 15-17 dekabr 2023- cü il tarixləri üçün CH HSS və TKA-nin  birgə təsiri ilə geomaqnit sahə G1(mülayim) geomaqnit qasırğa səviyyəsində olacaqdır. 14 dekabr tarixində baş vermiş X2 alışması səbəbindən geomaqqnit sahə 16 dekabr tarixində günün sonu və 17 dekabr tarixində günün əvvəlində yüksək coğrafi enliklərdə G2(orta) , aşağı coğrafi enliklərdə G1(mülayim) geomaqnit qasırğa s\əviyyəsində olacaqdır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 11 dekabr 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 45% və X sinif alışmalar üçün isə 5% -dir.

Kp əmsalı: 16-19 dekabr 2023-cü il tarixlərində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 2-5 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X2.7-            14 dekabr 2023

Son M sinif alışma:   M6.8 -          15 dekabr 2023

Son maqnit  qasırğa: Kp5-(G1) –   02 dekabr 2023

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət