Kosmik havanın hazırki vəziyyəti –son üç sutka ərzində Günəş aktivliyi bir neçə M sinif alışma səbəbindən yüksək səviyyədə olmuşdur. Rentgen şüalanmalarının yaratdığı fon seli C sinif səviyyəsində olmuşdur. Günəşin görünən diskində beş yeni sıralanmış günəş ləkə qrupları mövcud olmuş, onlardan 3363 (S22W59, Dko/beta-delta) qərb limbə yaxınlaşdıqca kiçilmiş və 16/17:46 UTC-də M4.0 (R1; Minor) alışması vermişdir. Bu oblast son 24 saat ərzində aktiv olmuşdur. 3372 (N23E13, Fko/beta-qamma-delta) oblastı cüzi dəyişikliyə məruz qalmış, və 16/15:08 UTC-də M1.7/1b alışması vermişdir. 3373 (N07E39, Dai/beta) oblastı müəyyən qədər genişlənmişdir. Digər oblastlar stabil olmuş, praktik olaraq çox az dəyişmişlər. SOHO LASCO LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2-koronoqrafında bir sıra zəif CME (Coronal Mass Ejection – Tac Kütlə Atılmas) və qırb limbdə bir neçə CME müşahidə edilmişdir. Lakin onların heç biri Yerə yönəlməmişdir.
Kosmik hava proqnozu – 17-19 iyul tarixlərində 3363, 3372 və 3373 oblastlarının aktivliyi hesabına müəyyən ehtimalla M sinif (R1-R2 zəif mülayim, qısa dalğaların kəsilməsi) alışmaların və daha kiçik ehtimalla X (R3 güclü) alışmaların olacağı proqnozlaşdırılır günəş aktivliyinin aşağı səviyyədə olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev olan elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə aralığında olmuşdur. 16/06:35 UTC-də S1(minor) qasırğa səviyyəsində olmuş, 16:09:10 UTC -də bu hadisə bitmişdir. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri qiymətləri fon səviyyəsindən nisbətən yüksək, lakin S1 (minor) səviyyəsindən aşağı olmuşdur.
17-19 iyul 2023-cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron selinin parametrlərinin yüksək səviyyədə olacağı, 19 iyul tarixi üçün CME təsiri altında yüksək səviyyədə olacağı ehtimal olunur. 3363 oblastınınn aktivliyi səbəbindən enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində yüksək olacağı, 17 iyul tarixi üçün S1 (minor) səviyyəsində, eləcədə 18-19 iyul tarixlərində əsasən fon səviyyəsində qalmaqla S1(minor) qasırğa səviyyəsinə yaxın olacağı ehtimal olunur.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən üç gün ərzində günəş küləyi parametrləri artmış, 16/18:36 UTC ulduzlararası zərbə dalğası NASA/ACE kosmik gəmisinə çatdığı zamana kimi ümumi maqnit sahəsi güclü səviyyədə olmuşdur. Ümumən Günəş küləyinin güclənməsi müşahidə olunmuşdur. Ümumi maqnit sahəsi pik həddi 15 nTl olmaqla 7-14 nTl, Bz komponenti isə dayanıqlı olmuşdur. Bz zərbə dalğasından sonra cənuba istiqamət almışdır:-12nTl. Günəş küləyinin sürəti isə 350-450 km/s intervalında dəyişmiş, pik olaraq 500 km/s- olmuşdur.
14 və 15 iyul tarixlərində baş vermiş çoxlu hadisələrlə əlaqədar 17-19 iyul tarixləri üçün günəş küləyi parametrlərinin güclənəcəyi və dəyişəcəyi proqnozlaşdırılır. Bu hadisələr üçün çox az koronoqraf şəkilləri olmuşdur. Bu səbəbdən zərbə dalğasının məhz bu hadisələrlə bağlı olmasını əminliklə demək mümkün deyildir.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – ötən sutka 16/09:20 UTC-ə kimi 20 nTl maqnitudalı ani (S1) impulsiv reaksiya müşahidə olunmuşdur. Periodun sonu üçün G1(mülayim) qasırğa səviyyəsinə yaxın geomaqnit səviyyə qərarlaşmışdır.
Davam edən CME təsirləri ilə 17-18 iyul tarixləri üçün yuxarı coğrafi enliklərdə G1(mülayim) qasırğa səviyyəsi ilə G2 (orta) geomaqnit qasırğa səviyyəsi arasında olacağı proqnozlaşdırılır. Kiçik coğrafi enliklərdə geomaqnit səviyyə ən zəif G1(mülayim) geomaqnit qasırğa səviyyəsindən də aşağı olacaqdır. 19 iyul tarixi üçün geomaqnit şərait sakit səviyyə ilə qərarlaşmamış aktiv səviyyədə olacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 17 iyul 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 60% və X sinif alışmalar üçün isə 25% -dir.
Kp əmsalı: 17-19 iyul 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.0 - 02 iyul 2023
Son M sinif alışma: M3.9 - 16 iyul 2023
Son maqnit qasırğa: Kp5(G2) – 25 iyun 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
|
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. | Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir. | |||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 17-19 iyul 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html