19-21 YANVAR 2023-CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZU

Kosmik havanın hazırki vəziyyəti 3190 (S15E09, Eki/beta-qamma) oblastında baş verən M sinif  M1.8 alışması ilə  Günəş aktivliyi yüksək səviyyədə olmuşdur. 3192 (N16E13, Fki/beta-qamma) oblastı 18/20:47 UTC-də C sinif C9.4 alışması vermişdir. NOAA/SWPC 3196 (N12E44, Dro/beta) yeni sıralanmış oblastı bipolyar ləkələri olan oblastlar məcmusuna aid edilmişdir. Digər yeddi oblastlar cüzi dəyişikliyə məruz qalmışlar. Bu intervalda ilk dəfə 18/13:36 UTC-də SOHO/LASCO C2 koronoqrafında Günəşin cənub-qərbi limbini tərk edən anda CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) daha aydın müşahidə edilmişdir. Onun Yerə yönəlməsi diqqətlə araşdırılmış, lakin təsdiredici fakt meydana çıxmamışdır. Mövcud faktın uzaq hadisə olacağı güman edilir. Daha bir CME 18/1938 UTC-də  STEREO A peyki ilə müşahidə olunmuşdur. Hazırki periodda Yerə yönəlmiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) gözlənilmir.

Kosmik hava proqnozu – 19-21 yanvar 2023 -cü il tarixlərində müəyyən ehtimalla M (R1-R2, zəif radiokəsilmələr) baş verə bilər. 21 yanvar tarixindən M sinif alışmaların aktivlilyi azalacaqdır. Lakin bu periodda çox kiçik ehtimalla X (R3 -radiodalğaların yayılmasında güclü maneələr) sinif alışmalar ehtimal olunur.

Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu -Günəşdən gələn 2 Mev enerjili elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə arasında, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.  

19-21 yanvar tarixlərində Günəşdən gələn enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrlərinin fon səviyyəsində olacağı, 2 Mev enerjili elektron seli parametrlərinin isə CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar)  təsiri nəticəsində yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. Çox kiçik ehtimalla S1(zəif) günəş radiasiya qasırğası ola bilər.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyinin parametrləri artmışdır.  Ümumi maqnit sahəsi periodun əvvəlində 5-6 nTl olmuş, sonradan 15 nTl olmaqla pik həddə çatmışdır. Bz cənuba istiqamətlənməklə -9nTl olmuşdur. Günəş küləyinin sürəti isə periodun əvvəlində 500 km/s, sonradan 425 km/s olmuşdur.

19-21 yanvar 2023-cü il tarixlərində Günəş küləyi parametrləri günəş küləyi sahəsinin dəyişməsi ilə artacaqdır. Proqnoz üçün alınan nəticələri birqiymətli deyildir. Lakin 14 yanvar 2023 -cü il tarixində baş vermiş CME təsiri 19 yanvar 2023 -cü il tarixində cəbhə effektləri yaradarsa, bu 20 yanvar 2023 -cü il tarixində də davam edəcəkdir. CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) -in təsiri 21 yanvar 2023-cü il tarixi üçün olacağı ehtimal olunur.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Günəş küləyinin dəyişməsi səbəbindən geomaqnit sahə CH HSS keçid təsirləri və zəif effektləri nəticəsində qərarlaşmamış aktiv səviyyəyə yüksəlmişdir.

19-21 yanvar 2023-cü il tarixlərində CME və CH HSS-in istənilən təsir nəticələrinə görə aktiv səviyyədə olacaqdır. 19-21 yanvar 2023-cü il tarixlərində G1(mülayim) geomaqnit qasırğa ehtimalı vardır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 19 yanvar 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 60% və X sinif alışmalar üçün isə 15% -dir.

Kp əmsalı: 19-21 yanvar 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.0 -             10 yanvar 2023

Son M sinif alışma:  M1.3 -              11 yanvar 2023

Son maqnit  qasırğa: Kp5(G1) –       04 yanvar 2023

 Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.   Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.
 
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir   Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 
 
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.  

Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 19-21 yanvar 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət