Kosmik havanın hazırki vəziyyəti –son üç sutka ərzində görünən diskdə olan səkkiz günəş ləkə qrupunun C sinif rentgen şüalanma aktivliyi nəticəsində Günəş aktivliyi yüksək səviyyədə olmuşdur. 3363 (S21, L=343) oblastı bir neçə C və bir neçə M sinif alışmaların mənbəyi olmuşdur. Bu oblast 19/17:25 UTC-də periodun ən böyük hadisəsi olan M3.8 (R1; Minor) alışmasını vermişdir. 3372 (N24W24, Fho/beta) oblastı müəyyən parçalanmaya məruz qalmış və qarışıq maqnit konfiqrasiyasını itirmişdir. 3373 (N08W02, Ekc/beta-gamma) oblastında ləkələr parçalanmış, genişlənmişdir. 3376 (N25E16, Dso/бета) oblastı müəyyən qədər genişlənmiş, 3379 (N16E70, Dso/бета) oblastı isə əsasən stabil olmuşdur. SOHO LASCO LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2-koronoqrafında Yerə yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə edilməmişdir.
Kosmik hava proqnozu – 20-22 iyul tarixlərində günəş aktivliyinin aşağı səviyyədə olacağı, müəyyən ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), kiçik ehtimalla X (R3 güclü) alışmaların olacağı proqnozlaşdırılır. Mümkün alışmaların əsas mənbəyi 3373, 3376 və 3379 oblastları ola bilər.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən gün ərzində Günəşdən gələn enerjiləri 2 Mev olan elektron seli parametrləri yüksək səviyyəyə çatmışdır. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri müntəzəm və zəif olaraq azalmaqda davam etmiş, S1(minor) səviyyəsinə düşmüşdür.
20 iyul tarixində proton seli parametrləri S1(minor) səviyyəsindən aşağı düşəcək, qeyri müəyyən hadisələr səbəbindən bu səviyyə 21-22 iyul tarixlər üçün saxlanıla bilər. Enerjisi 2 Mev olan elektron seli parametrlərinin yüksək səviyyədə olacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi parametrlərinin tədqiqi keçid təsirlərinin azaldığını, günəş küləyinin fon səviyyəsinə qayıtdığını göstərmişdir. CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin zəifləməsi müşahidə olunmuşdur. Ümumi maqnit sahəsi 4-6 nTl, Bz komponenti dəyişməmiş, Günəş küləyinin sürəti isə 400 km/s kimi azalmışdır.
17-18 iyul tarixlərində yaranmış CME-nin Yer orbitinə çata bilməsi 20 iyul tarixi üçün gözlənilir. Bu faktrorun əsas hissəsinin Yerdən əvvəl onun orbiti üzrə cənub tərəfdən keçəcəyi, cəbhə təsirlərinin baç verə biləcıyi ehtimal olunur. Bu halda günəş küləyi paratentrləri dəyişəcək və artacaqdır. CME-nin istənilən ola biləcək mümkün təsirləri 21 iyulda baş verə bilər və 22 iyul tarixində bu təsirlər artıq zəifləyəcəkdir. 3376 oblastında 18 iyul tarixində baş vermiş M sinif alışması analiz olunmuş və modelləşdirilmişdir. Onun Yer orbiti səviyyəsinə 21 iyul tarixi üçün çata biləcəyi və Yerlə rastlaşmayacağı, Yerə geomaqnit sferasına təsir edə bilməyəcəyi müəyyən olunmuşdur. Lakin müəyyən cəbhə və kənar effektlərinin ola biləcəyi ehtimal olunur.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – ötən sutka geomaqnit sahə sakit səviyyədə olmuşdur. Gözlənilən CME təsiri ilə geomaqnit səviyyə aktiv səviyyəyə yüksələ bilər, CME-nin dalğa zərbəsi və plazmanın ixtiyarı cəbhə təsirləri səbəbindən G1(mülayim) qasırğa səviyyəsi ola bilər. Hadisənin davam etmə müddəti və intensivliyi haqqında məlumatların dəqiqliyi aşağı səviyyədədir. CME -in uzunmüddətli davam etdiyi təqdirdə geomaqnit səviyyə daha da yüksələ bilər. CME-nin istənilən təsirinin 21 iyul tarixinədək özünü göstərə biləcəyi və G1(mülayim) maqnit qasırğa səviyyəsinin olacağı proqnozlaşdırılır. 22 iyul tarixində artıq geomaqnit səviyyə sakit və dayanıqsız halda olacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 20 iyun 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 50% və X sinif alışmalar üçün isə 15% -dir.
Kp əmsalı: 20-22 iyun 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.0 - 02 iyul 2023
Son M sinif alışma: M3.7 - 19 iyul 2023
Son maqnit qasırğa: Kp5(G1) – 25 iyun 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
|
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. | Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir. | |||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-22 iyul 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html