Kosmik havanın hazırki vəziyyəti –son üç sutka ərzində Günəş aktivliyi iki müxtəlif mənbə tərəfindən bir neçə M sinif M1 alışmalar hesabına aktiv səviyyəsində olmuşdur. 3341 (S15E48, Cso/beta) oblastında 21/12:44 UTC -də M1/1n alışması baş vermişdir. İkinci M1/Sf alışması 21/15:38 UTC -də 3337 (N20W07, Cso/beta) oblastında baş vermiş və II növ radiodalğaların şüalanması (556km/s) ilə müşayət olunmuşdur. Bu oblast son 12 saat ərzində kəskin dəyişmiş, sahəsi və ləkələrinin sayı artmışdır. 3342 (S21W84, Dао/beta) oblastı qərb limbə çatmış və stabil olmuşdur. Bu oblast bir neçə C sinif alışmalar vermiş və parçalanma mərhələsindədir. 3333 (S11W57, Cao/бета) və 3335 (S15W28 Eai/бета) oblastları əsasən sakit olmuşlar. 3346 (N08E22, Cao/beta) oblastı parçalanmış və yeni sıra almış, lakin aktiv olmamşdır. SDO və SOHO/LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2- koronoqrafında 21/08:50 UTC-dən başlayaraq şimal -şərq limdən yüksələn eruptiv günəş ilgəyi müşahidə olunmuşdur. Yerləşməsinə görə onun Yerə hər hansı təsiri gözlənilmir. LASCO və digər koronoqraflarda Yerə yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 22-24 iyun tarixlərində günəş aktivliyinin aşağı səviyyədə qalacağı, çox kiçik ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və daha kiçik ehtimalla X (güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri aşağı səviyyə ilə yüksək səviyyə aralığında olmuş, 21/14:20 UTC-də pik səviyəyə (972 pfu) çatmışdır. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuşdur.
22-24 iyun 2023 -cü il tarixlərində enerjisi 2 Mev olan elektron seli parametrləri yüksək səviyyədə olacağı, enerjisi 10 Mev olan proton seli parametrləri isə nisbətən artacaqdır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi parametrləri periodun çox hissəsi fon səviyyəsində olmuşdur. Ümumi maqnit sahəsi 5-8 nTl, Bz komponenti -5 nTl olmuşdur. Günəş küləyinin sürəti isə 440 - 475 km/s olmuş, sonradan 485 km/s sürətə yüksəlmişdir. Günəş küləyinin bu artımı 18 iyun tarixində baş vermiş CME-nin sürüşkən təsiri səbəbi ilə ola bilər.
Günəş küləyi parametrləri 22 iyun tarixində CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) hesabına və CME effektləri səbəbindən saxlanacaqdır. Sonradan CH HSS/CME təsirləri azaldığından 23 iyun tarixindən günəş küləyi parametrləri fon səviyyəsinə düşəcəkdir. 20 iyun tarixində baş vermiş X1 alışması səbəbindən CME potensial effektləri 23/24 iyun tarixlərində günəş küləyi parametrlərini normallaşdıracaqdır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə sakit və dayanıqsız səviyyədə olmuşdur.
CH HSS bavamlı təsiri və 18 iyun tarixində baş vermiş CME təsirləri səbəbindən 22 iyun tarixi üçün sakit və dayanıqsıv geomaqnit səviyyə gözlənilir. 22 iyun tarixindən və 23 iyun tarixində CH HSS və CME təsirləri azalacaq, geomaqnit səviyyə qeyristabil, dayanıqsız halda olacaqdır.
20 iyun tarixində baş vermiş CME in potensial yaxınlaşması mümkünlüyü səbəbindən 23 iyun günün sonu və 24 iyun tarixində izolə olunmuş periodlarla G1(mülayim) geomaqnit qasırğasının ola biləcəyi ehtimal olunur.
Günəşdə alışmaların baş vermə ehtimalı: 22 iyun 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 40% və X sinif alışmalar üçün isə 10% -dir.
Kp əmsalı: 22-24 iyun 2023-cü il tarixində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1 - 20 iyun 2023
Son M sinif alışma: M1.1 - 21 iyun 2023
Son maqnit qasırğa: Kp6(G2) – 16 iyun 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
|||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
|
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 22-24 iyun 2023-cü il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html