Kosmik havanın hazırki vəziyyəti – son sutka ərzində Günəş aktivliyi orta səviyyəyə enmişdir. 3311 (N18E35, Ekc/beta-qamma-delta) oblastıı iki: 21/02:23 UTC-də M1/Sn və 21/16:04 UTC-də M2/1n alışmalar vermişdir. 3311 oblastında müəyyən genişlənmə də müşahidə olunmuşdur. 3305 (N12W84, Dai/beta) və 3308 (N12W68, Cao/beta) oblastlarında zəifləmə müşahidə olunmuşdur. Digər oblastlar nisbi stabil olmuşlar. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2- və digər koronoqraflarda Yerə yönələn CME müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 22-24 may tarixləri üçün günəş aktivliyinin 3311oblastının alışmaları hesabına orta və yüksək səviyyədə ola biləcəyi proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri orta səviyyə ilə yüksək səviyyə arasında, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuşdur.
22-24 may tarixləri üçün S1(minor) geomaqnit qasırğasının olması ehtimal olunur. Enerjisi 2 Mev olan elektron seli parametrləri nisbətən yüksələcəyi, enerjisi 10 Mev olan proton seli parametrlərinin fon səviyəsində qalacağı ehtimal olunur.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda 17 may tarixində baş vermiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) təsiri qurtarmışdır. 21/15:00 UTC-də günəş küləyinin sürəti 600km/s-dən 450-480 km/s kimi azalmış, sonra isə 540 km/s kimi yüksəlmişdir. 21/13:15 UTC-dən başlayaraq maqnit sahə induksiyası artmış, 21/15:16 UTC-də 13nTl olmuşdur. Bz isə +7/-10nTl aralığında dəyişmişdir.
CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin davam etməsi səbəbindən Günəş küləyinin parametrləri normal səviyyədə olacaqdır. Bu parametrlərinin daha bir güclənməsi 23 may günün sonu üçün proqnozlaşdırılır. Bu zaman CH HSS geoeffektiv olacaqdır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Geomaqnit sahə stabil səviyyə ilə tac atılmaları səbəbindən G2(/orta) qasırğa şəraitində olacaqdır.
22 may tarixi üçün geomaqnit şərait davanm edən CME effektləri nəticəsində G2(orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. 23 may tarixi üçün geomaqnit sahə günün sonu və 24 may tarixi üçün davam edəcək G1(mülayim) geomaqnit qasırğa şəraitində olacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 22 may 2023-ci il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 75% və X sinif alışmalar üçün isə 30% -dir.
Kp əmsalı: 22 -24 may 2023-cü il tarixlərində Kp əmsalı 1-5 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.2 - 29 mart 2023
Son M sinif alışma: M2.5 - 21 may 2023
Son maqnit qasırğa: Kp6(G2) – 20 may 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. | Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. | |||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir | Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. | Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir. | |||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 22 -24 may 2023-cü il tarixləri üçün 1-5 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html