Kosmik havanın hazırki vəziyyəti: Ötən sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuş, əhəmiyyətli alışmalar müşahidə olunmamışdır. 3256 (S22W04, Cso/бета) oblastı stabil olmuş, müəyyən genişlənmə müşahidə olunmuşdur. LASCO (Large Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında Yerə yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu: 24-26 mart 2023-cü il tarixləri üçün kiçik ehtimalla M sinif (R1-R2 zəif mülayim, qısa dalğaların kəsilməsi) alışmalar müşahidə oluna bilər.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri normal səviyyədə, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.
24-25 mart tarixlərində enerjisi 2 Mev olan elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə aralığında, enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyəsində qalacaqdır. 25-26 mart 2023- cü il tarixində CH HSS təsiri nəticəsində günəş küləyinin sürətinin artması ilə elektron selinin yüksək səviyyədə ola biləcəyi ehtimal olunur.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi parametrləri CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə güclü dəyişmişdir. 20-21 mart tarixlərində baş vermiş CME Yerə yaxınlaşmış, güclü maqnit qasırğa yarada bilmişdir. Planetlərarası maqnit sahəsi güclənmiş, 22 nTl-a yüksəlmişdir. Bz komponentinin maksimal meyli -17 nTl olmuşdur. Günəş küləyi 450-500 km/s olmuş, qısa müddətli olmaqla 517 km/s maksimal qiymətə çatmışdır.
CH HSS təsiri ilə günəş küləyi aktivliyinin və planetlərarası maqnit sahəsində olan həyacanlaşmanın 24-26 mart tarixlərində də davam edəcəyi proqnozlaşdırılır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – 20-21 mart tarixlərində baş vermiş CME təsiri nəticəsində G2-G3 (güclü) geomaqnit səviyyə 24 mart tarixi üçün saxlanmışdır. Bu təsir Yerin şimal tərəfindən keçəcəkdir. 24 mart 2023-cü il tarixində günün sonu üçün geomaqnit səviyyə G1-G2 (nəzərə alınmayan-orta) səviyəsinə enəcək, günün sonunadək davam edən, lakin zəifləyən CME və CH HSS təsiri nəticəsində təsirlər azalacaqdr. 25-26 mart tarixi üçün CH HSS effektlri nəticəsində ayrı ayrılıqda G1 səviyyə müşahidə olunacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 24 mart 2023-cü il tarixində C sinif alışmalar üçün 90%, M sinif alışmalar üçün 10% və X sinif alışmalar üçün isə 1% -dir.
Kp əmsalı: 24-26 mart 2023-cü il tarixində Kp əmsalı 3-6 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X2.07 - 03 mart 2023
Son M sinif alışma: M1.2 - 20 mart 2023
Son maqnit qasırğa: Kp7(+) G3– 23 mart 2023
Qeyd:
- Kporta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar:A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4 |
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html