Kosmik havanın hazırki vəziyyəti –son üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyəyə (R2-Merate) qalxmışdır. 3723 (S18E67, Дао/бета) oblastında 23/13:01 UTC-də M9.3/1n alışması baş vermişdir. Bu oblast bir çox alışmalar verən 3697 oblastının qayıtması kimi müşahidə olunur. 3716 (N10W85, Eko/beta) oblastında 23/06:30 UTC-də M2.4/1n, 3712 (S25W90, Eao/beta-gamma) oblastında isə 23/11:37 UTC-də M1.2/Sf alışması baş vermişdir. 3712 və 3716 oblastlarında eləcədə 3713 (S14W78, Ekc/beta-gamma-delta) oblastında W limbə tərəf yaxınlaşma müşahidə olunmuşdur. Bu periodda yeni oblastı sıralanmışdır: 3724 (S11E48, Hsx/alpha), 3722 (S14E50, Hsx/alpha), 3725 (N18E41, Dai/beta-delta) və 3726 (S02E57, Cao/beta). Digər oblastlar stabil olmuşlar. SOHO/LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2- koronoqrafında alınan təsvirlərdə Yerə yönəlmiş TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection –CME) müşahidə olunmamışdır.
Kosmik hava proqnozu – 24-26 iyun tarixlərində günəş aktivliyinin orta -yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eləcədə izolə olunmuş X(R3-güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev olan elektron seli parametrləri normal və ya yüksək səviyyədə olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsində olmuşdur.
24-29 iyun 2024-cü il tarixlərində enerjisi 2 Mev olan elektron seli parametrləri normal və ya yüksək səviyyədə, enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyyəsində olacaqdır. 24-26 iyun tarixinədək enerjisi 10 MEV-dən böyük olan proton seli S1(minor) səviyyəsinə çata bilər.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən gün 23/02:00 UTC-dən sonra müsbət qütblü CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə günəş küləyi parametrləri artmışdır. Günəş küləyinin sürəti təqribən 300-375 km/s olmuşdur. Ümumi maqnit sahəsi 12 nT, Bz isə -11nT olmuşdur.
Günəş küləyi parametrləri 24 iyun tarixinədək nisbətən artacaq, 24-29 iyun tarixlərində nominal qiymətlərə malik olacaqdır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – geomaqnit sahə sakit və qeyristabil stabil halda olmuşdur.
24 iyun tarixində geomaqnit sahə sakit -qeyristabil olacaqdır. 24 iyun tarixindən geomaqnit sahənin stabil hala keçəcəyi ehtimal olunur.
Günəşdə alışmaların baş vermə ehtimalı: 24 iyun 2024-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 60% və X sinif alışmalar üçün isə 15% -dir.
Kp əmsalı: 24-29 iyun 2024-cü il tarixində Kp əmsalı 1-2 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.55 - 10 iyun 2024
Son M sinif alışma: M9.2 - 23 iyun 2024
Son maqnit qasırğa: Kp5(G1) – 15 iyun 2024
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir. | Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. | |||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir | Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. | |||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür. |
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
|||
|
||||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 24-29 iyun 2024-cü il tarixləri üçün 1-2 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html