25-27 APREL 2023-CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZU

Kosmik havanın hazırki vəziyyəti – son 24 saat ərzində günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 3282(N12W83, Eко/beta) oblastı aşağı gücə malik bir neçə C sinif (Yerə praktik olaraq təsir edə biməyən) alışma vermişdir. Oblast şimal-qərb limdə yaxınlaşmaqla parçalanma mərhələsində olmuşdur. 3285(S18E33, Dao/beta) oblastı genişlənmiş, yeni oblast 3287(S22E62, Axx/alpha) sıralanmışdır. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafı vasitəsi ilə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) 24/14:00 UTC-də müşahidə olunmuşdur. CME modelləşdirilmiş, çox hissəsinin Yerin orbitindən cənub istiqamətdə olacağı, 27 aprel tarixi üçün sürüşkən təsirinin mümkünlüyü proqnozlaşdırılmışdır.  Hər hansı aktivliyə malik digər CME müşahidə olunmamışdır.

Kosmik hava proqnozu – 27 aprel tarixinədək günəş aktivliyinin aşağı səviyyədə olacağı, müəyyən ehtimalla M (R1-R2, zəif, radiadalğaların yayılmasını əngəlləyə bilən) alışmaların baş verə biləcəyi proqnozlaşdırılır.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri normal səviyyədə ilə orta səviyyə arasında, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri 23/18:35 UTC-də qısa müddətdə S1(minor) səviyyəsini keçmiş, 21 aprel tarixində Günəşi tərk etmiş tac atılmasından əvvəl zərbə dalğasının keçməsi səbəbindən yüksək səviyyəsində olmuşdur.

25-27 aprel tarixləri üçün enerjisi 2 Mev olan elektron selinin parametrlərinin qiyməti  normal səviyədən yüksək səviyyəyə qalxacağı, enerjisi 10 Mev olan proton seli parametrlərinin isə 27 aprel tarixinədək fon səviyəsində qalacağı ehtimal olunur.  

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri və yaranan CME nəticəsində Günəş küləyinin parametrləri fon səviyyəsindən yüksək səviyyəyə qalxmışdır.  Ümumi maqnit sahəsi 34 nTl,  Bz  şimala istiqamətlənməklə -33nTl olmuşdur. Günəş küləyi plazmasının sürəti 650 km/s-dən 500 km/s-ə kimi azalmışdır.

25 aprel tarixində günəş küləyi parametrləri yüksək səviyyədə qalacaqdır. 26-27 aprel tarixləri üçün CH HSS rejiminə keçidin olacağı, 27 aprel günün ilk yarısında (gecə saatlarında) sürüşkən CME təsiri müşahidə olunacağı ehtimal edilir. 

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu –ötən period ərzində 21 aprel tarixində Günəşi tərk etmiş CME təsiri ilə geomaqnit sahə G4 (güclü) səviyyədə olmuşdur.

25 aprel tarixində CME effektlərinin saxlandığına görə geomanit səviyyə G1(mülayim) qeyri stabil qasırğa səviyyəsində olacaq, 26-27 aprel tarixləri üçün geomaqnit sahə CME-nin təsiri və CH HSS nəticəsində qeyristabil və aktiv səviyyədə olacağı ehtimal edilir.  Hazırda geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 5-dir.

Günəşdə alışmaların baş vermə ehtimalı: 25 aprel 2023-ci il tarixində C sinif alışmalar üçün 55%, M sinif alışmalar üçün 15% və X sinif alışmalar üçün isə 1% -dir.

Kp əmsalı: 25-27 aprel 2023-cü il tarixi üçün Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:    X1.2 -             29 mart 2023

Son M sinif alışma:   M1.7 -             21 aprel 2023

Son maqnit  qasırğa: Kp8(G4) –       24 aprel 2023

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration - Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1. Ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 Ao (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblastı.   Şəkil 2.  İonlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 Ao-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı.
 
Şəkil 3. Sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda Günəşin şəkli.   Şəkil 4. Günəşin qaynayan səthindən gələn işıq 304 Ao-də (HeII) dalğa uzunluğunda Günəşin şəkli. Bu spektral xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Kənarlarda protuberanslar meydana çıxa bilər. 
 
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı bu şəkillərdə günəş alışmalarını müşahidə etmək mümkündür.  

Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - Günəşdə maqnit sahəsinin dəyişməsi.

 

 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. 25-27 aprel 2023-cü il tarixləri üçün Yerdə maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 1-4 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət