25-30 DEKABR 2023 -CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZ

Kosmik havanın hazırki vəziyyəti – ötən üç gün ərzində Günəş aktivliyi bir çox M sinif aflşmalar hesabına  yüksək səviyyədə olmuşdur. İlk iki alışma-24/1118 UTC -də M2.9/1n və 24/1649 UTC -də M2.6/1f  alışmaları 3529 (S21W25, Eho/beta-gamma) oblastında baş vermişdir.  Üçüncü 24/1951 UTC -də M1.1 alışması cənub-şərq limbdə S22 yaxınlığında baş vermişdir. 3530 (N08W06, Dai/beta) oblastı genişlənmə fazasında olmuşdur. Digər ləkə qrupları stabil olmuşlar. Digər bir aktivlik mərkəsi N48W35 -də olmaqla 24/09:20 UTC-də baş vermiş və təqribən 220 bucaq altında ilgək yatanmışdır. Yaranan TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection – CME) 24/1224 UTC-də SOHO/LASCO koronoqrafi ilə müşahidə olunmuşdur. İlkin analiz onun Yerə sürüşkən təsirinin 27 dekabr tarixində ola biləcəyini proqnozlaşdırır. Daha bir TKA 24/14:38 UTC-də S20E48 yaxınlığında baş vermişdir. Bu hadisənin analizi aparılır.

Kosmik hava proqnozu -25-30 dekabr 2023-cü il tarixləri üçün günəş aktivliyi aşağı səviyyədə qalacağı və  müəyyən ehtimalla 3529 oblastının aktivliyi hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən)  alışmaların olacağı proqnozlaşdırılır.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn 2 Mev enerjili elektron selinin parametrləri normal səviyyədən yüksək səviyyəyə qalxmışdır.  Enerjiləri 10 Mev olan proton seli parametrləri  isə fon səviyyəsində olmuşdur.  

25-30 dekabr 2023 -cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrlərinin  CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə yüksək səviyyədə saxlanacağı, 10 Mev-dən böyük enerjilərə malik proton seli parametrlərinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillər günəş küləyi parametrlərin azca dəyişməsini qeydə almışdır. Maqnit sahə induksiyası 3-9 nTl, Bz isə cənuba yönələrək +/-7nTl olmuşdur. Günəş küləyinin sürəti 364-468 km/s- intervalında dəyişmişdir.

25-30-dekabr tarixləri üçün günəş küləyi parametrləri normal hala yaxın olacaqdır. 27 dekabr gecə yarısı 24 dekabr tarixində baş vermiş TKA səbəbindən günəş küləyi temperaturu azalacaqdır. 

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – keçən period ərzində geomaqnit səviyyə sakit və həyacanlı olmuşdur.

26 dekabr tarixinə kimi geomaqnit sahə sakit olacaqdır. 27 dekabr tarixindən geomaqnit sahə qeyristabil səviyyədə olacaqdır. 28 dekabr tarixindən sonra normal səviyyəyə qayıdacaqdır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 25 dekabr 2023-cü il tarixində C sinif alışmalar üçün 95%, M sinif alışmalar üçün 35% və X sinif alışmalar üçün isə 5% -dir.

Kp əmsalı: 25-30 dekabr 2023-cü il tarixlərində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 2-3 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X2.87 -          14 dekabr 2023

Son M sinif alışma:   M1.1 -          24 dekabr 2023

Son maqnit  qasırğa: Kp6(G2) –   18 dekabr 2023

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
     
 
     
 
     
 
    Şəkil.  Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 25-30 dekabr 2023- cü il tarixləri üçün 2-3 intervalında dəyişəcəkdir.

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət