25-30 MART 2024 -CÜ İL TARİXLƏRİ ÜÇÜN KOSMİK HAVA PROQNOZ

Kosmik havanın hazırki vəziyyəti –son iki sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olmuşdur. Beləki 3615 (S13W14, Fkc/beta-gamma-delta) oblastında 24/02:18 UTC-də baş vermiş M2.7 (R1- minor) alışması ən güclü alışma olmuşdur. Son 24 saat ərzində bu oblast ən mürəkkəb oblast kimi qeydə alınmış və C sinif çox saylı rentgen şüalanmaları vermişdir. SOHO/LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında Yerə yönəlmiş TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection –CME) müşahidə olunmamuşdır.

Kosmik hava proqnozu – 25-30 mart 2024-cü il tarixləri üçün günəş aktivliyinin orta səviyyədə olacağı, müəyyən ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (R3-güclü)  sinig alışmaların olacağı proqnozlaşdırılır.

Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri normal və ya çox yüksək səviyyədə olmuşdur. Enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri fon səviyyəsindən yüksək olmuş, S1 minor səviyyəsinə qaxmışdır.  

25 mart 2024-cü il tarixində enerjisi 10 Mev olan proton seli parametrləri yüksək səviyyəsində olacaqdır. 26-27 mart tarixində bu səviyyənin saxlanacağı ehtimal olunur. Enerjisi 2 Mev olan elektron seli parametrləri normal və ya yüksək səviyyədə olacaqdır.    

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – Günəş küləyi parametrləri 23 mart 2024-cü il tarixində baş vermiş TKA nəticəsində mənfi qütblü CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri səbəbindən artmışdır. Ümumi maqnit sahəsi 5 nTl dan 32 nTl kimi artmış, Bz komponenti şimala yönələrək 27 nTl olmuşdur.  Günəş küləyinin sürəti isə 500-550 km/s- intervalında olmuşdur.  

25 mart tarixində keçici TKA təsirinin davam edəcəyi proqnozlaşdırılır. 26 mart tarixində günəş parametrlərinin qiymətinin azalacağı və 26-27 mart tarixlərindən günəş küləyi parametlərinin normal səviyyyədə olacağı ehtimal olunur.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – 24 mart tarixində geomaqnit sahə CH HSS təsiri ilə G1(mülayim) geomaqnit səviyyəsinə yüksəlmişdir.  24 mart tarixində saat 14 radələrində ani olaraq (MEA: 24/14:37 UTC-də 377 нТл) çox kiçik zaman intervalında cihazlarda ümumi maqnit sahəsində yüksəliş qeydə alınmışdır. Maqnitometrlər 25 mart gecə saat 03-04 radələrində, yüksək coğrafi enliklərdə olmaqla geomaqnit sahəsində G2 geomaqnit qasırğa qeydə alınmışdır. 25 mart tarixində saat 05-dən başlayaraq geomanqit sahə zəifləmiş və TKA-nın zəifləməsi səbəbindən qısa müddətdə G1(mülayim) səviyyədə olmuşdur. Saat 05-dən başlayaraq sonrakı zamanda geomaqnit sahə daha da zəifləmişdir. 26 mart tarxində başlayaraq normal fon səviyyəsinə qayıdacaqdır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 25 mart 2024-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 85% və X sinif alışmalar üçün isə 25% -dir.

Kp əmsalı: 25-30 mart 2024-cü il tarixində Kp əmsalı 1-5 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.0          –       23 mart 2024

Son M sinif alışma:   M1.2         –       24 mart 2024

Son maqnit  qasırğa: Kp6-(G2)  –       24 mart 2024

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 
Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.   Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.
 
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir   Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 
 
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.   Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 25-30 mart 2024-cü il tarixləri üçün 1-5 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət