Kosmik havanın hazırki vəziyyəti – ötən üç sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 24/07:44 UTC -də 3490 (N22W27, Cai/beta) oblastında periodun ən böyük alışması-C3.6/Sf alışması baş vermişdir. Yalnız 3504 (N21E45, Dro/beta) oblastında period ərzində genişlənmə müşahidə olunmuşdur. Digər 10 oblast stabil olmuş, dəyişməmişlər. Yerə yönəlmiş TKA (Tac Kütlə Atılması -Coronal Mass Ejection – CME)– müşahidə olunmamışdır.
Kosmik hava proqnozu -27 noyabr-02 dekabr 2023-cü il tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə qalacağı və kiçik ehtimalla M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların olacağı proqnozlaşdırılır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn 2 Mev enerjili elektron selinin parametrləri əsasən normal səviyyə və müəyyən müddətlərdə yüksək səviyyədə olmuşdur. Enerjiləri 10 Mev olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.
27 noyabr -29 noyabr 2023 -cü il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrlərinin normal səviyyədə qalacağı, 29 noyabrdan etibarən CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri ilə yüksək səviyyədə olacağı, 10 Mev-dən böyük enerjilərə malik proton seli parametrlərinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillər günəş küləyi parametrlərin CH HSS zəifləmiş təsiri ilə fon səviyyəsində olduğunu göstərmişdir. Günəş küləyinin sürəti 550km/s-dən 500 km/s-ə enmiş, planetlərarası ümumi maqnit sahəsi 7nTl-dan 5 nTl kimi azalmışdır. Bz isə bir müddət cənub istiqamətdə -6nTl olmuşdur.
27 noyabr 02 dekabr tarixləri üçün günəş küləyi parametrlərinin fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – keçən period ərzində geomaqnit səviyyə sakit və dəyişkən olmuşdur. 27 noyabr tarixində sübh saatlıarında geomaqnit sahə aktiv halda olmuşdur. Geomaqnit sahə 29 noyabr tarixinədək qeyristabil səviyyədə, sonradan sakit səviyyədə saxlanacaqdır.
Günəşdə alışmaların baş vermə ehtimalı: 09 oktyabr 2023-cü il tarixində C sinif alışmalar üçün 95%, M sinif alışmalar üçün 35% və X sinif alışmalar üçün isə 5% -dir.
Kp əmsalı: 27 noyabr-02 dekabr 2023-cü il tarixlərində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.51 - 07 avqust 2023
Son M sinif alışma: M1.1 - 24 oktyabr 2023
Son maqnit qasırğa: Kp6-(G2) – 25 oktyabr 2023
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 27 noyabr-02 dekabr 2023- cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir. | ||||
|
||||
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html