29-31 may 2023-cü il tarixləri üçün Kosmik Hava Proqnozu

Kosmik havanın hazırki vəziyyəti: Ötən üç sutka ərzində Günəş aktivliyi 3315 (S17W22, Ekc/beta-qamma-delta) oblastında 28/10:36 UTC-də baş vermiş  M1/1n alışması səbəbindən orta səviyyədə olmuşdur  3315 oblastı deta ləkənin ayrılması ilə genişlənmə nümayiş etdirmişdir. 3311(N18W59, Eao/beta-qamma)  oblastında çoxda böyük olmayan parçalanma müşahidə edilmişdir. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) C2 koronoqrafında Yerə yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.

Kosmik hava proqnozu: 29-31 may tarixləri üçün Günəş 3315 oblastının aktiv olması və kiçik ehtimalla X alımalar verə biləcəyi proqnozu ilə aktiv səviyyədə olacaqdır.

Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəşdən gələn enerjiləri 2 Mev enerjili elektron seli parametrləri normal səviyyədən yüksək səviyyəyə qalxmış, enerjiləri 10 Mev-dən yüksək olan proton seli parametrləri isə fon səviyyəsində olmuşdur.

29 may tarixi üçün CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri  ilə enerjisi 2 Mev olan elektron seli parametrləri orta səviyyədə, 30-31 may tarixləri üçün isə yüksək səviyyədə, enerjisi 10 Mev olan proton seli parametrləri isə fon səviyəsində olacaqdır. 30-31 may tarixləri üçün proton hadisələri 3315 oblastında alışma potensialı səbəbindən S1/Minor səviyyəsinə yüksələ bilər.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda günəş küləyi parametrləri  normal olmuşdur. Planetlərarası maqnit sahəsi 3 və 5 nTl arasında dəyişmişdir. Bz komponenti +4/-5 nTl, Günəş küləyi 439 km/s olmuşdur.

CH HSS təsiri nəticəsində 29-30 may tarixlərində günəş küləyi parametrlərinin güclənəcəyi, 31 may tarixindən normal səviyyəyə qayıdacağı proqnozlaşdırılır.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – geomaqnit sahə sakit və qeyristabil olmuşdur. 29 may tarixi üçün geomaqnit sahə qeyristabil səviyyə ilə aktiv səviyyə aralığında olacaqdır. 30 may tarixində sakit səviyyə ilə qərarlaşmamış səviyyə aralığında, 31 may tarixində isə sakit səviyyəyə qayıdacaqdır.

Günəşdə alışmaların baş vermə ehtimalı: 29 may 2023-cü il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 55% və X sinif alışmalar üçün isə 10% -dir.

Kp əmsalı: 29-31 mart 2023-cü il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.2 -             29 mart 2023

Son M sinif alışma:   M1.0 -              28 may 2023

Son maqnit  qasırğa: Kp6- G2–      21 may 2023

 Qeyd:

  1. Kporta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar:A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər

 
Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.   Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.
 
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir   Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 
 
Şəkil 5SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.   Şəkil 6. SDO/HMİ Maqnetogram İmage (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
 
Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtometric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.  

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 29-31 may 2023-cü il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.

 

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

Kp=9, G5

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət