Elmi fəaliyyət tədris prosesinin ayrılmaz tərkib hissəsi olaraq təhsilalanların elmi təxəyyülünün formalaşmasında, yeni biliklərin tədris prosesinə inteqrasiyasında mühüm rol oynayır. Elm və texnologiya sahəsində müasir dövrümüzdə yeniliklər çox sürətlə baş verir. Elmi fəaliyyətin tədrislə əlaqəsi qırılmaz olmalıdır ki, elm və texnologiyada baş verən yeniliklərlə təhsilalanların vaxtında məlumat almaq imkanları olsun. Fizika fakültəsində elmi fəaliyyət fakültə alimləri, doktorantları tərəfindən fizikanın actual istiqamətlərində tədqiqatların aparılmasından ibarətdir. Bundan başqa magistrantlar və istedadlı bakalavrlar elmi-tədqiqat işlərinə cəlb olunurlar. Fakültədə bakalavriat və magistratura səviyyəsində elmi fəaliyyət “Fizika” və “Mühəndis fizikası” ixtisasları üzrə bacarıqlı, geniş elmi dünyagörüşünə malik, vətənpərvər, innovativ biliklərə yiyələnmiş tədqiqatçı fiziklərin yetişməsini təmin edəcək şəkildə qurulur. Eyni zamanda “Fizika müəllimliyi” ixtisası üzrə bakalavriat və magistratura səviyyəsində fizikanın tədrisi metodikası və metodologiyası üzrə tədqiqat işləri aparılır ki, bu da yeni tədris metodlarını mənimsəmiş, həmin bilikləri təhsil müəssisələrində tətbiq edə bilən fizik müəllimlərin formalaşmasına xidmət edir. Fizika fakültəsinin alimləri müxtəlif yerli və beynəlxalq konfranslarda, müsabiqə və layihələrdə iştirak edir, elmi tədqiqat nəticələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunur.
Elmi-tədqiqat işlərinin effektivliyi
İllər üzrə |
Nəşr olunmuş elmi işlər |
Patentlər |
||||
Məqalələr |
Konfrans materialları |
|||||
Cəmi |
Indekslənmiş jurnallarda |
Cəmi |
Respublikada |
Beynəlxalq |
||
2019 |
196 |
104 |
137 |
72 |
65 |
|
2020 |
198 |
77 |
105 |
51 |
54 |
|
2021 |
148 |
50 |
92 |
63 |
29 |
|
2022 |
131 |
59 |
145 |
79 |
66 |
|
2023 |
127 |
79 |
146 |
71 |
75 |
|
2024 |
163 |
44 |
163 |
131 |
32 |