1-ci iclas - sentyabr 2023-cü il
- 2023-cü il yay məktəbinin nəticələri barədə məlumat
- 2023-2024-cü tədris ilinə hazırlığın (sillabusların təsdiqi, dərs yüklərinin bölünməsi, dərs cədvəllərinin tutulması), qarşıda duran vəzifələrin müzakirəsi;
- Fizika fakültəsi Elmi Şurasının iş planının müzakirəsi və təsdiqi;
- 1-ci kursa qəbulun nəticələri barədə məlumat;
- Açıq dərslər və elmi seminarların təşkili məsələlərinin müzakirəsi;
- “Modern Trends in Physics” beynəlxalq elmi konfransı ilə bağlı görülməli işlərin müzakirəsi.
2-ci iclas - oktyabr 2023-cü il
- İxtisas fənlərindən imtahan suallarının tərtib olunması vəziyyəti haqqında;
- “Fizika” ixtisası üzrə bakalavr buraxılış işlərinin və magistrantların dissertasiya işlərinin mövzularının və elmi rəhbərlərinin təsdiqi;
- 2023-cü il üçün mühüm elmi nəticələrinin Elmi Şuraya müzakirə üçün təqdim olunması.
3-cü iclas - noyabr 2023-cü il
- 2023-2024-cü tədris ilində tədris və istehsalat təcrübələrinin təşkili ilə bağlı işlərin vəziyyəti;
- Bakalavr buraxılış işlərinin mövzularının təsdiqi;
- Elmi fəaliyyət üzrə kafedra müdirlərinin hesabatı;
- Elm və təhsil nazirliyinə təqdim olunan elmi-tədqat işlərinin mühüm nəticələrinin təsdiqi.
- Fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların dissertasiya mövzularının və rəhbərlərinin müzakirəsi və təsdiqi.
- “Modern Trends in Physics” beynəlxalq elmi konfransına hazırlığın müzakirəsi.
4-cü iclas - dekabr 2023-cü il
- “Modern Trends in Physics” beynəlxalq elmi konfransının nəticələri barədə məlumat;
- Qış imtahan sessiyasına hazırlıq məsələlərinin (dərs jurnallarının doldurulması, tələbələrin semester göstəricilərinin bazaya vurulması, imtahan cədvəllərinin, biletlərinin hazırlanması, koordinatorların və imtahan rəhbərlərinin müəyyənləşdirilməsi) müzakirəsi, bu istiqamətdə rəhbər sənədlərin icrası ilə bağlı görülməli işlər barədə məlumat;
- Doktorant və dissertantların attestasiyası.
5-ci iclas - yanvar 2024-cü il
- 2023-cü ildə görülmüş elmi-tədqiqat işlərinin nəticələri üzrə hesabatın və 2024-cü ildə elmi-tədqiqat fəaliyyətinin təşkili üzrə vəzifələrin müzakirəsi
- Fizika fakültəsinin 2023-cü ildə sosial istiqamətdə fəaliyyətinə dair hesabatın və 2024-cü il üçün planının müzakirəsi və təsdiqi
- Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Könüllülər təşkilatının 2023-cü il üçün hesabatlarının və 2024-cü il üçün iş planının müzakirəsi və təsdiqi.
6-cı iclas - fevral 2024-cü il
- Qış imtahan sessiyasının nəticələrinin müzakirəsi;
- Açıq dərslər və elmi seminarların təşkili məsələləri;
- “Gələcəyin alimləri” adlı tələbə elmi konfransı və “Fizika və astronomiya problemləri” adlı magistrantların və gənc tədqiqatçıların elmi konfransı barədə məlumatlandırma.
7-ci iclas - mart 2024-cü il
- “Gələcəyin alimləri” adlı tələbə elmi konfransına və “Fizika və astronomiya problemləri” adlı magistrantların və gənc tədqiqatçıların elmi konfransına hazırlıq məsələlərinin müzakirəsi;
- Kafedraların illik hesabatlarının müzakirəsi.
8-ci iclas - aprel 2024-cü il
- Buraxılış işlərinin, magistrantların və dissertantların dissertasiya işlərinin yerinə yetirilmə vəziyyətinin müzakirəsi;
- Doktorant və dissertantların attestasiyası;
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tələbələr arası Respublika olimpiadasının keçirilməsi haqqında.
9-cu iclas - may 2024-cü il
- Yaz imtahan sesiyası ilə bağlı təşkilati işlərin (dərs jurnallarının doldurulması, tələbələrin semester göstəricilərinin bazaya vurulması, imtahan cədvəllərinin, biletlərinin hazırlanması, koordinatorların və imtahan rəhbərlərinin müəyyənləşdirilməsi) müzakirəsi, rəhbər əmrlərdən irəli gələn vəzifələrin müəyyənləşdirilməsi;
- Bakalavriat səviyyəsi üzrə IV kurs tələbələrinin və II kurs magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat təcrübələrinin yekun müzakirəsi;
- Yekun Dövlət Attestasiyasının keçirilməsi ilə bağlı təşkilati məsələlərin müzakirəsi.
10-cu iclas - iyun 2024-cü il
- Fəlsəfə doktoru proqramı üzrə qəbul prosesinin başlanması ilə bağlı imtahan komissiyalarının tərkibi və saytda fənn proqramlarının yerləşdirilməsi məsələlərinin müzakirəsi.
11-ci iclas - iyul 2024-cü il
- Yaz imtahan sesiyasının yekun hesabatının müzakirəsi və qiymətləndirilməsi;
- Yekun Dölət Attestasiyasının nəticələrinin müzakirəsi, qiymətləndirilməsi və təsdiqi;
- Tədris ilinin yekünu ilə bağlı fakültə dekanının hesabatının müzakirəsi və qiymətləndirilməsi;
- 2024-cü il yay məktəbinin təşkili ilə bağlı vəziyyətin müzakirəsi;
- 2024/2025-ci tədris ili üzrə dərs yükü bölgüsünün müzakirəsi;