14 mart 2025-ci il saat 12:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələ:
- Praktikum dərslərinin təşkili və tədris prosesinin vəziyyəti haqqında
 - Doktorantların attestasiyası
 - Cari məsələlər
 
04 yanvar 2025-ci il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələ:
- “Xalq qəzeti”nin 19 dekabr 2024-cü il tarixli 280(30684)-ci sayında elan olunmuş müsabiqənin keçirilməsi.
 - Cari məsələlər
 
28 noyabr 2024-cü il saat 12:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələ:
- Görkəmli astrofizik Rəhim Hüseynovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Astrofiziki tədqiqatlara müasir baxış” adlı Respublika Elmi konfransının təşkili
 - Açıq dərslər və elmi seminarların təşkili
 - Cari məsələlər
 
01 noyabr 2024-cü il saat 16:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələ:
- ARETN-nin illik hesabatına daxil edilmək üçün fakültədə 2024-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsi
 - COP-29 müddətində tədrisin təşkili məsələləri
 - Fizika fakültəsində beynəlxalq əməkdaşlığın təşkili məsələləri
 - Cari məsələlər
 
22 oktyabr 2024-cü il saat 14:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələ:
- I kurs magistr dissertasiya işlərinin mövzu və rəhbərlərinin təsdiqi
 - IV kurs tələbələrinin buraxılış işlərinin mövzu və elmi rəhbərlərinin təsdiqi
 - ARETN-nin illik hesabatına daxil edilmək üçün fakültədə 2024-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsi
 - Cari məsələlər